“Hərarəti endirmək üçün bir neçə təbii və təsirli vasitə

Hərarəti endirmək üçün bir neçə təbii və təsirli vasitə

Yüksək hərarətin olmasının ən başlıca əlamətləri üşümək və bədənin titrəməsidir. Soyuqdəymə və qripin geniş yayıldığı bu qış aylarında hərarəti aşağı salmaq üçün təsirli olan bir neçə təbii vasitəni sizə təqdim edirik.

Pambıq toxumu: Bir litr suyun içinə 1 ovuç pambıq toxumu qatıb, süzün və gündə 3 dəfə bir yemək qaşığı için.

Limon: Bir ədəd limonu ortadan kəsin. Daha sonra arasına bir çay qaşığı duz töküb, hər iki yarısını qabıqları qaralanadək bişirin. Bir az soyuduqdan sonra limonları yavaş-yavaş sıxaraq xəstənin bədəninə sürtün.

Qərənfil çiçəyi: Bir litr suyun içinə bir ovuc qərənfil çiçəyi atın, sonra süzərək gündə 3 dəfə 2 yemək qaşığı için.

Sirkə: Xəstənin başına sirkə ilə isladılmış və tam sıxılmamış bir bint bağlayın.

Qabaq: Bir litr suyun içinə incə doğranmış bir ovuc qabaq əlavə edib qaynadın. Daha sonra süzərək gündə 3 dəfə bir stəkan için.

Cəfəri: Bir litr suyun içinə bir ovuc doğranmış cəfəri qatıb qaynadın, suyunu süzüb bunu da gündə 3 dəfə bir stəkan için.

Bənövşə yarpağı: Bunun da hazırlanma qaydası yuxarıdakılar kimidir. Bir litr suyun içinə bir ovuc bənövşə yarpağı atın, sonra isə suyunu süzüb gündə 3 dəfə 1 qəhvə fincanı için.

Sarımsaqlı qatıq: Xəstənin bədəninə bol miqdarda sarımsaqlı qatıq sürtün. Qatıq quruduqdan sonra təmiz və ilıq bir dəsmalla bədənini silin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!