“Hıçqırığı necə dayandırmaq olar?

Hıçqırığı necə dayandırmaq olar?

Hıçqırıq beyin və mədə arasında əlaqə yaradan vagus sinirinin irritasiyası nəticəsində meydana gəlir. Mütəxəssislər hıçqırığın qaz kimi geniş yayılmış həzm sistemi problemlərinə qarşı bir reaksiya olaraq ortaya çıxdığını deyirlər.

Hıçqırığınız tutanda aşağıdakıları edə bilərsiniz:

·Şirniyyat sinirlərinizi aldadıb, hıçqırığınızı saxlaya bilər. Bunun üçün 1 çay qaşığı şəkər tozunu dilinizin altında saxlaya bilərsiniz.

·Barmaqlarınızın köməyi ilə ehmalca qulaqlarınızı tutun. Bu hərəkət vagus sinirlərinizə təsir göstərərək, hıçqırığınızı dayandıracaq.

·Burnunuzdan və ağzınızdan nəfəs almadan dayanmağa çalışın.

·Suyu az-az içmək və qarqara etmək əsəblərinizi sakitləşdirəcək.

·Bir sellofanın içinə nəfəs verib-alın.

·Xüsusən tərkibində maqnezium olan qidalar yeyərək, hıçqırığınızı dayandıra bilərsiniz.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!