“Hıçqırığı necə keçirmək olar?

Hıçqırığı necə keçirmək olar?

Hıçqırıq nədir?

Hıçqırıq diyafraqma, qarın və sinə boşluğunda yaranan spazmalar nəticəsində əmələ gəlir. Spazma isə səs tellərini və nəfəs almanı çətinləşdirir və ağızdan qırıq-qırıq səslər çıxmasına səbəb olur.

Hıçqırığa səbəb olan şeylər

• Yeməyi tez-tez yemək
• Çox yemək
• Sigaret və spirtli içki
• Mədədə temperaturun dəyişməsi
• Mədənin dolu olması
• Stress və ya hisslərdə dəyişikliklər (qorxu, həyəcan, təəccüb və s.)

Hıçqırığı keçirmək üçün nələr etmək olar?

-Bir torbanı ağzınıza tutaraq nəfəs alıb verin.

-Dərin bir nəfəs alın və nəfəsinizi tuta bildiyiniz qədər tutun. Sonra yavaşca nəfəsinizi verin və dərin bir nəfəs alıb yenidən nəfəsinizi tutun. Bunu bir neçə dəfə təkrarlayın.

-Şirin şeylər yemək də hıçqırığı dayandıra bilər. Bir qaşıq bal yeyərək hıçqırığı dayandıra bilərsiniz.

-Kimsə tərəfindən qorxudulmaq da hıçqırığı keçirməkdə faydalı bir üsuldur. Qorxduğumuz zaman sinirlər hərəkətə keçdiyi üçün hıçqırıq dayanır.

-Bir stəkan sirkə için, ardınca bir stəkan da su için.

-Bədəninizi aşağı əyin və bu vəziyyətdə bir stəkan su için.

–Bir qaşıq balı soyuq suyla qarışdırıb için, sonra isə soyuq su ilə 30 saniyə qarqara edin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!