“Hovuzdakı gizli təhlükə: Sonradan boğulma

Hovuzdakı gizli təhlükə: Sonradan boğulma

Sonradan boğulma sözünü az eşitmiş olsaq da, bir çox yay təhlükəsi kimi bu da, hamının başına gələ biləcək haldır. Amma kiçik uşaqlar buna qarşı daha da müdafiəsizdirlər.

Yay gəldi. Hovuz, dəniz mövsümü artıq başlayır. Amma yeni mövsümlə birlikdə ata və analar diqqətli olmalıdır. Uşağınız üzməyi nə qədər yaxşı bilsə də, nəzarət etməkdə fayda var. Bununla birlikdə mövcud təhlükələr barəsində məlumatlanmaq və hazırlıqlı olmaq lazımdır.

Əgər söhbət hovuzdan gedirsə, bu barədə çoxları tərəfindən bilinməyən bir təhlükə mövcuddur. Sonrada boğulma nəfəs alarkən su qəbul etdikdə meydana çıxır. Qəbul edilən su ciyərlərdə toplanır və ağciyərlərə zərər vuraraq, nəfəs almağı çətinləşdirir. Sonradan boğulma ciyərlərdə su toplanması ilə yanaşı həm də suyun tərkibində olan zərərli maddələr vasitəsilə də ciyərlərə zərər vurur. Adi boğulmadan fərqli olaraq sonradan meydana çıxır. Bəzi hallarda boğulma 72 saat sonra gerçəkləşir.

Sonradan boğulmanın əlamətləri:

Uşağınızda sonradan boğulmadan şübhələnirsinizsə, bu əlamətlərə diqqət edin.

- Nəfəs alarkən çətinlik çəkmək,

- Öskürək,

- Halsızlıq, yorğunluq və yuxusuzluq,

- Beyin funksiyaları ilə əlaqəli olaraq danışma qabiliyyətində qüsur.

Əgər uşağınızda  bu əlamətlər varsa, xəstəxanaya gedərək müayinə etdirməkdə fayda var. Bəzən bu hallarda gecəni xəstəxanada keçirmək lazım ola bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!