“İmmuniteti gücləndirməyin yolları

İmmuniteti gücləndirməyin yolları

Düzgün olmayan qidalanma, yuxusuzluq və yaşanan streslər immun sistemimizi zəiflədir.

Payız və qış aylarını daha az xəstələnməklə və ya xəstələnmədən keçirtmək üçün immun sistemimizi gücləndirmək lazımdır. Başda qrip olmaqla, farengit, larengit və soyuqdəymə kimi xəstəliklərin əsas səbəbi immun sisteminin zəifliyidir.

İmmuniteti gücləndirmək üçün nələr etməli?

Hər şeydən əvvəl düzgün qidalanın. Zülal, karbohidrat və yağı miqdarında istifadə edin. Siqaret, spirtli içkilər və çox şəkərli qidalardan uzaq durun. Antioksidantlarla zəngin qidalarla qidalanın. Belə qidalara soğan, sarımsaq, şüyüd, cəfəri, sitrus meyvələri, pomidor və s. aiddir. Mövsümündə bol miqdarda meyvə və tərəvəz yeyin.

Düzgün yuxu rejiminə riayət edin. Həftədə ən az 3 gün təmiz havada gəzin, hərəkətsiz qalmayın, mümkün qədər idmanla məşğul olun, istirahətə vaxt ayırın, stresdən uzaq olun və ən önəmlisi, maksimal dərəcədə nikbin və optimist olmağa çalışın!

Unutmayın ki, sağlamlıq bütün komponentlər olduqda mövcud olur: sağlam bədən, sağlam ağıl və sağlam ruh!

Həkim, Allerqoloq - İmmunoloq Ləman Cəfərova


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!