“Kitab oxumaqla ölüm riski arasında maraqlı əlaqə

Kitab oxumaqla ölüm riski arasında maraqlı əlaqə

Əgər kitab qurdu olduğunuzu düşünürsünüzsə, sizə yaxşı bir xəbərimiz var!

Yale universiteti kitab oxumaq ilə uzunömürlü olmaq arasındakı əlaqəni gözdən keçirmək üçün bir araşdırma etdi. Araşdırma həftədə 3-4 kitab oxuyan insanların erkən ölüm riskinin bundan sonrakı 12 ildə kitab oxumayan insanlarla müqayisədə yüzdə 20 daha az olduğunu göstərdi.

Araşdırmaçılar bunu belə açıqlayır:

Dr. Becca Levy-nin sözlərinə görə bir elektron kitab oxuma cihazı, planşet və ya kağız kitab oxumaq beynin gücünü artırır. Kitab oxumaq həm fokuslanmağı, həm də yaradıcı və analitik düşünmə qabiliyyətini inkişaf etdirir. Bu beynin işi üçün daha kiçik ölüm riski mənasına gəlir.

Həmçinin, oxumaq stress hormonlarını azaldır və qan təzyiqini aşağı salır. Bu iki faktor da ürək xəstəliklərinə səbəb olur. Kitab qurdları bu baxımdan da şanslı sayılır.

Maraqlı olan isə budur ki, araşdırmaya əsasən, kitab oxuyan insanlar erkən ölüm riskinə qarşı qəzet və jurnal oxuyanlarla müqayisədə də daha çox qorunmuş olur. Təcrübəçilərin fikrinə əsasən, bunun səbəbi bir kitab oxuyan zaman, məqalə oxumaqla müqayisədə daha çox məşğul olmağımızdır.

Əgər vaxtınız azdırsa, səsli kitab da dinləyə bilərsiniz. Levy yaxşı bir hekayə dinləməyin beyni işlədəcəyi üçün oxumağa bənzər faydalar verə biləcəyini deyir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!