“Kolanın ziyanları nələrdir?

Kolanın ziyanları nələrdir?

Kola, xüsusilə uşaqlar və gənclər tərəfindən daha çox istifadə olunsa da reklam kompaniyaları, qiymətlərin uyğun olması və dəyişən vərdişlər nəticəsində orta yaşlı insanlar da koladan çox istifadə etməyə başlamışdır. Ancaq çox sevilən bu içkinin bədənimizə verdiyi zərərlər də çoxdur.
Bir litr kolada olan 400 kalori enerji əsasən uşaqlıqdan başlayaraq köklük, “obezite” kimi bir çox çəki problemlərinə səbəb olur.
Kola içildiyi andan etibarən qan şəkərinizi olduqca yüksəldir və bədəninizin yağ əmələ gətirmə mexanizmini aktiv hala gətirməsinə səbəb olur. Qan şəkərinin belə ani qalxmasından sonra təbii ki, ani şəkildə enməsi də baş verir. Belə qalxıb enmələr isə ilk növbədə ürək və damar xəstəlikləri olmaqla bir çox orqanda xəstəliklərin yaranmasına səbəb olur.

Əlbəttə ki, kolanın orqanizmimizə vurduğu ziyanlar qan şəkəri və köklük ilə məhdudlaşmır. Tərkibində olan fosfor sümük əriməsini və sümüklərin boşalmasını sürətləndirən hormonların daha çox ifraz olunmasına səbəb olaraq, xüsusilə qadınlarda daha çox rast gəlinən problem olan sümük əriməsinin çox erkən yaşlarda başlamasına şərait yaradır.

Bundan əlavə kolanın tərkibindəki maddələr bədənin kalsiumu mənimsəməsini azaldır və bunun nəticəsində də diş problemləri, mədə xəstəlikləri və əzələlərin zəifləməsi kimi problemlər yaranır. Mütəxəssislər gənc yaşdan etibarən çox miqdarda kola istifadə edən insanların eynilə siqaret istifadəçiləri kimi həyati təhlükələrlə yaşadıqlarını deyirlər.

Məsum və şirin, fərahladıcı bir içki görünüşü ilə həyatımıza girən kola fərqli markalarda satılsa da dadlarındakı fərq tərkibindəkilərin bizə verdiyi zərərin dəyişməsinə heç bir təsir göstərmir. Şəkərsiz kola adı ilə bazara çıxarılan növləri şəkər cəhətdən ziyanlı olmasa da digər maddələrin bir çox problemlərin yaranmasında hələ də təsirli olduğu bilinir.

Əlbəttə ki, xüsusi günlər, qonaqlıqlar, ad günləri kimi vaxtlarda kola içilməsi həyatınıza və sağlamlığınıza bir o qədər də güclü təsir etmir. Ancaq davamlı olaraq bu içkidən istifadə edənlərdə yuxarıda sadaladığımız problemlərlə yanaşı kofein asılılığı da yaranır.

Bütün bu səbəblərə görə həm özünüz bu dadlı, ama bir o qədər də ziyanlı içkidən uzaq durun, həm də uşaqlarınızın çox içməsinə icazə verməyin. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!