“Kompüter arxasında çox vaxt keçirməyin fəsadları

Kompüter arxasında çox vaxt keçirməyin fəsadları

Kürək ağrısı

Kompüter arxasında oturarkən davamlı edilən eyni işlər kürəyinizdə ağrı yaradacaqdır. Buna görə oturarkən dizlərinizi yüngülcə yuxarıya, bel xəttinin üzərinə doğru hərəkət etdirin və bütün bədəninizin hərəkət etməsini təmin edin. Çox əyiləmədən, bükülmədən oturmağa çalışın və masa-oturacaq duruşunu yaxşı seçin.

Göz problemləri

Bəzi göz məşqləri edin. Bunun üçün sizə sadə və asan bir üsul məsləhət görə bilərik. İlk olaraq gözlərinizi bir neçə dəfə qırpın. Gözlərinizi saat istiqamətində və saat əqrəbinin əksi istiqamətinin tərsinə hərəkət ettirin. Bu məşq boyu dərin-dərin nəfəs alıb-verin və yavaşca gözlərinizi açın.Bunu təxminən 2 dəqiqə ərzində edin. Gözlərinizi ovmayın. Bəzi həkimlərin təklif edəcəyi eynəklər faydalı ola bilər.

Baş ağrısı

Baş ağrısına kompüterin ekranına saatlarla baxmağınız səbəbiylə ağrıyan gözləriniz səbəb ola bilər. Həkim müayinəsindən keçmək faydalı olacaq.

Əgər baş ağrınız dözülməz hala gəlmişdirsə və tez-tez təkrarlanırsa, böyük ehtimalla miqren xəstəliyiniz ola bilər. Bunun üçün özünüzü stresdən uzaq tutmaq xeyrinizə olacaq.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!