Mobil telefonların kiçik ekranlarına gün ərzində çox və uzun müddətli baxmaq bulanıq görmə, baş ağrısı, gözün quruması, boyun və çiyinlərdə əzələlərin gərilməsi kimi bir çox problemlərə səbəb olur.
Mobil cihazların ekranları həm böyüklərin, həm də uşaqların göz sağlamlığına mənfi təsir göstərir. Mütəxəssislər hər 4 nəfərdən ən az birinin mobil cihazlara uzun müddətli baxmaq nəticəsində göz yorğunluğundan şikayətləndiyini deyirlər. Normal halda dəqiqədə 15 dəfə qırpılan gözlər kiçik ekranlı telefonlara baxarkən bu sayın yalnız yarısı qədər qırpılır.
Mobil telefonlarınızdan və digər cihazlardan yorulan gözlərinizi qorumaq üçün üç 20 qaydasını tətbiq edin. Gəlin bu üç 20 qaydasının nə olduğuna və necə tətbiq etməli olduğumuza nəzər salaq.
Üç 20 qaydası nədir və necə tətbiq edilir?
Mütəxəssislər uzun müddət mobil cihazlara baxmağın yaratdığı problemlərə çarənin gözləri dincəltmək üçün müəyyən fasilələrlə “ 20-20-20” qaydasını tətbiq etmək olduğunu deyirlər.
Mobil cihazlara uzun müddət baxarkən heç olmasa 20 dəqiqədə bir, 20 saniyə 20 metr qədər uzaqlıqdakı bir obyektə baxın. Bunu etməklə gözlərin dincəlməsini təmin edəcəksiniz. Mütəxəssislər bu qaydanın davamlı olaraq təkrar edilməsi sayəsində mobil cihazlara baxmağın səbəb olduğu problemlərin ən aza enməsinə nail olacağınızı deyirlər.
Lakin bu qaydanı tətbiq etməyinizə rəğmən gözünüzdəki problemlər aradan qalxmır və daha da pisləşirsə, dərhal bir göz həkiminə müraciət etməli və müayinədən keçməlisiniz.