“Mobil telefonları daha zərərsiz şəkildə necə istifadə etmək olar?

Mobil telefonları daha zərərsiz şəkildə necə istifadə etmək olar?

Uzun müddətli mobil telefon istifadəsi boyun və bel ağrılarını özü ilə birlikdə gətirir. Demək olar ki, hər birimiz bəzən boyun, kürək, bel ağrılarından şikayət edirik. Bunun mobil telefonlardan səhv istifadə nəticəsində yarana biləcəyini heç düşünmüsünüzmü? Əzələ və skelet sistemi xəstəlikləri barəsində çalışan mütəxəssislər sadəcə bir neçə asan üsulla əzələ və skelet sistemimizə daha zərərsiz olacaq şəkildə telefondan istifadə edə biləcəyimizi bildirirlər.

20 dəqiqə qaydası

Bütün hallarda uzun müddət sabit dayanmağın əzələ və skelet sistemimizə zərər vurduğunu qeyd etmək lazımdır. Çünki əzələ və skelet sistemi hərəkət sistemidir. Duruşunuzun necə olmasından asılı olmayaraq 20 dəqiqədən çox eyni pozisiyada qalmamalısınız.

Bədəninizə doğru duruşu xatırlatmaq lazımdır

Boynumuz və başımız onurğamızın təbii bir hissəsidir. Kürəyimizdəki əzələlər boynumuza doğru gedərək, başımızın ağırlığını daşıyır. Başımızın daim öndə qalması bu əzələlərin həddindən çox yüklənməsinə və yorulmasına səbəb olur. Bəzən də bu əzələlərdə ağrılı nöqtələr yaranır. Başımızın çox qabağa doğru əyilməsinin qarşısını almağın asan yolu kürəyimizi və başımızı divara söykəmək, beləcə bədənə düzgün duruşu yenidən xatırlatmaqdır. Siz qısa müddətdə bunu vərdiş halına gətirəcəksiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!