5 sm yüksəkliyindəki ayaqqabı ilə normal yerimə pozulur. 7.5 sm-lik ayaqqabı yüksəkliyi ayaqdakı yük və təzyiq miqdarını 7 qat artırır. Normal gündəlik fəaliyyətlərdə yüksək dikdaban ayaqqabı geyənlər gün içində 6 km-dən artıq gəzmiş qədər ayaqlarına əlavə yük mindirirlər. Yüksək dikdaban ayaqqabı ayaqdakı ağrı və forma pozulmaları ilə yanaşı, diz və belə də zərər verir. Tarazlıq tez pozulduğu üçün ayaqda burxulma riski artır və ayaq biləyindəki bağ və oynaqlarda zədələnmələrə yol açır. Əlavə olaraq ayaq arxasındakı əzələ və bağların qısalmasına, ön və yan bağlar ilə əzələlərin gərilməsinə və nasazlığa səbəb olur.
Əgər tez-tez hündür dikdaban ayaqqabı geyinirsinizsə və ya ayaqqabınız dar və ayağınıza nəzərən kiçikdirsə, yəni, adətən, dəbdə olan iti burunlu ayaqqabı geyinirsinizsə, siz özünüzü aşağıdakı ayaq problemlərindən birinə hazırlayırsınız deməkdir. Unutmayın ki bu problemlər bir gecədə yaranmaya bilər, ancaq zamanla inkişaf edəcək.
Dırnaq problemləri
Yüksək dikdaban ayaqqabı geyməklə ayağın önə doğru sürüşməsi nəticəsində ayaq barmaqları ayaqqabının ucuna doğru itələnir. Barmaqlar və dırnaq yataqlarına davamlı təzyiq tətbiq olunaraq dırnaqlarda forma pozğunluğu, dırnaq batması və göbələk meydana gəlməsinə səbəb olur.
Ayaq ağrısı
Yüksək dikdaban ayaqqabı vaxt keçdikcə baldır əzələlərində qısalmalara səbəb olur. Əlavə olaraq bədən ağırlıq mərkəzinin önə sürüşməsi səbəbindən ayaq əzələlərində həddindən artıq çətinlik və ağrılar görülə bilər.
Diz ağrısı
Yüksək dikdaban ayaqqabı geymək bədənin ağırlıq mərkəzini önə sürüşdürərək dizə əlavə yük mindirir. Bu da dizlərdə ağrı və irəliləyən yaşlarda tutulmalara səbəb olur.
Bel ağrısı
Bədənin ağırlıq mərkəzinin önə sürüşməsi bel əzələlərində həddindən artıq gərginlik və ağrı yaradır.