Nəfəs darlığı və ya təngnəfəslik bir çox insanın rastlaşdığı problemlərdəndir. Bu, idman hərəkətlərindən və ya enerji sərf etdiyimiz işlərdən sonra da yarana bilər, heç bir hərəkət etmədən, hətta istirahət etdiyimiz zamanda da yarana bilər. Biz bu yazımızda hansı bitkilər və tərəvəzlərdən istifadə etməklə bu problemin qarşısını ala biləcəyinizi sizin diqqətinizə çatdırırıq.
Lavanda
1 qaşıq əməköməci çiçəyi, lavanda çiçəyi və dəvədabanı yarpağını blenderdə çəkin və 1 fincan suda qaynadın. Bu qarışığı gündə 2 dəfə için.
Reyhan
Bir fincan isti suya incə doğranmış reyhanları töküb, gündə 2 dəfə için. İçinə bir qaşıq bal əlavə edərək təsirini daha da qüvvətləndirə bilərsiniz.
Mixək
Yarım stəkan gicitkən toxumu, kətən toxumu, cirə toxumu və toz halında olan mixəyi qarışdırın. İçinə bal əlavə edib məcun halına gətirin. 2 gün səhərlər 1 qaşıq yeyin.
Kök
4-5 ədəd kökü sürtgəcdən keçirib suyunu sıxın, içinə yarım stəkan qaynadılmış süd, bir çay qaşığı bal əlavə edib gündə 3 dəfə için.
Sarımsaq
1.5 litr suya 1 ədəd sarımsaq, bir yemək qaşığı lavanda, lalə, kəklikotu, cəfəri, nanə və şüyüd töküb qaynadın. Səhərlər ac qarnına 1 fincan bu qarışıqdan için.
Bu təbii üsullardan istifadə etməklə nəfəs darlığı və təngnəfəslik problemindən azad ola, beləliklə də daha rahat və sağlam bir həyat yaşaya bilərsiniz.