“Niyə kökələ bilmirəm?

Niyə kökələ bilmirəm?

Arıqlaya bilməmək qədər kökələ bilməmək də ən çox rast gəlinən qidalanma problemləri arasındadır. Qidalanmanın düzgün və taraz olmaması halında artıq çəki ilə qarşılaşa biləcəyimiz kimi çox az çəkili bir halda yaşamaq məcburiyyətində də qalırıq.
Bu yazımızda biz sizə niyə kökələ bilmədiyinizin səbəblərini və kökəlməyin yollarını deyəcəyik.

Xəstəliklər

Orqanizmimizdə olan, ancaq fərqinə varmadığımız xəstəliklər çəki problemlərinə yol aça bilir. Hormonal pozğunluqlar, yarımçıq işləyən orqanlar və ya həyati təhlükə daşıyan digər hallar lazım olandan daha arıq olmağımıza səbəb ola bilir. Xronik olaraq kökələ bilmirsinizsə, bu zaman mütləq həkimə müraciət etməlisiniz. Unutmayın ki, bu hal sadəcə estetik cəhətdən deyil sağlamlıq cəhətdən də problemlər yaradır.


Qidalanma

Qidalanmanız da kökələ bilməyiniz üçün böyük əhəmiyyət kəsb edir. Yağlı yeməklərdən uzaq durub, az kalorili qidalar yeməyə üstünlük verirsinizsə, əlbəttə ki, kökəlməyiniz çox çətin olacaqdır. Xüsusilə az yeyən insanların az yemək içərisinə çox kalori sığdırmaları lazımdır. Beləliklə, yeməklərinizə əlavə edəcəyiniz müxtəlif toxum və çərəzlər kökəlməyinizə kömək olacaqdır.


Çörək və digər un məmulatları

Əlbəttə ki, çörək, düyü, makaron, xəmir yeməkləri və un məmulatları kimi qidalar kökəlməyinizi asanlaşdıracaqdır. Lakin sağlamlığınız üçün belə qidalardan elə də çox istifadə etməməyə çalışın.

İdman

İdmanla məşğul olmaq əsasən arıqlamaq istəyənlərə tövsiyə edilir, lakin lazımlı qidaları qəbul etdikdən sonra bəzi idman hərəkətləri etmək metabolizminizi yaxşılaşdıraraq daha düzgün çəkiyə çatmağınıza kömək edəcəkdir.


Əgər hər şeyi etməyinizə rəğmən hələ də kökələ bilmirsinizsə, bir qidalanma üzrə mütəxəssisə müraciət edərək nəyi səhv etdiyinizi öyrənə və daha yaxşı nəticə əldə edə bilərsiniz.ka


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!