“Oturaq iş görənlərdənsinizsə, sağlamlığınız üçün bu hərəkətləri edin!

Oturaq iş görənlərdənsinizsə, sağlamlığınız üçün bu hərəkətləri edin!

Ofisdə bütün gün hərəkətsiz qalmaq əzələ və skelet sistemimizə mənfi təsir göstərir. Çünki hərəkətsizlik ən yaxşı halda bel, boyun və kürək ağrılarına səbəb olur. Ofisdə edə biləcəyiniz sadə hərəkətlərlə daha sağlam və enerjili qala bilmək mümkündür.

Ofis işçiləri oturaq olaraq kompüter arxasında çox vaxt keçirir. Bu hərəkətsizlik səbəbindən əzələ, boyun, bel, kürək ağrılarından başlamaqla onurğa problemləri də yaranır.  Bütün bunlar işçilərin iş qabiliyyətini aşağı salır. İşçilər bu cür sıxıntıların yaranmasına iş arası istirahətlər və ediləcək sadə idman hərəkətləri ilə əngəl ola bilər.

Bunlara diqqət edin:

- Uzun müddət oturmayın, arada ayağa qalxaraq ofis daxilində gəzişin.

- Oturarkən kürəyinizə nəsə qoyub, dəstəkləyin.

- Qollar üçün dəstəyi  olan oturacaqlardan istifadə edin.

- Oturma yeri, masa, klaviatura və ekranın yüksəkliyi tarazlıqda olsun.

- Monitorunuzu tam qarşınıza və qol uzunluğu məsafənizə yerləşdirin.

- Ekran gözünüzlə eyni səviyyədə olsun.

Hər saatın tamamında bu hərəkətləri edin

- Başınızı yavaşca önə, arxaya və yanlara doğru əyin, istirahət etdirin.

- Çiyinlərinizi yuxarıya doğru 3 saniyə qaldırın. Bu hərəkəti 10 dəfə təkrarlayın.

- Çiyinlərinizi arxaya və önə doğru dairəvi şəkildə hərəkət etdirin.

- Əllərinizi belinizə qoyub, kürək sümüklərinizi bir-birinə yaxınlaşdırın.

- Dirsəklərinizi açın, gərin və bağlayın, əl biləklərinizlə dairəvi hərəkətlər edin.

- Əllərinizi açıb-bağlayın.

- Ayaq biləklərinizə dairəvi hərəkətlər etdirin.

İdmandan sonra enerjinizin artması ilə yanaşı, stress də azalacaqdır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!