“Özünüzü həmişə halsız hiss etməyinizin 5 əsas səbəbi

Özünüzü həmişə halsız hiss etməyinizin 5 əsas səbəbi

Səhər oyananda, gün ərzində davamlı olaraq özünüzü yorğun, halsız, enerjisi tükənmiş və yuxusuz hiss edirsinizsə və bunun səbəblərini bilmirsinizsə, biz sizə bu yazımızda dünyada geniş yayılmış bu problemin səbəblərini göstərmişik.

1. Az və keyfiyyətsiz yuxu
Keyfiyyətsiz yuxu 2 səbəbdən ola bilər. Yuxu müddətinin azlığı və rahat olmamağınız. Gündə 8 saatı yuxuya ayırmaq sağlamlıq üçün çox əhəmiyyətlidir. Yuxu müddətinizi artırmaq üçün tez yatıb, kifayət qədər dinlənməlisiniz. Əgər yuxunuzun keyfiyyəti azdırsa, buna səbəb özünüzü rahatlatmamağınız, xoruldamaq və ya yatdığınız otağın işıq və səs baxımından yatmaq üçün uyğun olmamasıdır. Bu problemləri həll etmədən halsızlığınızın keçməsi mümkün deyil.

2. Stresli olmaq
Gün boyu stresli olmaq sizin kefinizi poza bilər və insan kefi pozulduğunda yatmaq istəyir, enerjisi və istəyi azalır və özünü halsız hiss edir. Özünüzü rahatlatmağı bacarmalısınız. Çox vaxt bu, elə də asan olmur və kömək istəmək lazım ola bilir. İşdən sonra mütləq özünüzə vaxt ayırın, sevdiyiniz şeyləri edin və başınızı qatın. İnsanlarla münasibətdə də hər şeyi dərt etməməyə çalışın. Həyat 2 günlükdür və buna görə bir az da xoşbəxt olmaq üçün çalışmaq lazımdır.

3. Dəmir və ya vitamin çatışmamazlığı
Dəmir azlığı olduğu halda halsızlıq, baş dönməsi və gün ərzində yuxulu olmaq kimi əlamətlər görülür. Bununla yanaşı, sağlıqsız və yetərsiz qidalanma nəticəsində yaranan vitamin çatışmamazlığı olduqda da həm yuxu keyfiyyətiniz aşağı düşür, həm də gün ərzində özünüzü halsız və yorğun hiss edirsiniz. C, D, B12 başda olmaqla digər B qrup vitaminləri, dəmir, maqnezium və kalsiumla zəngin olan qidaları daha çox istifadə etməyə çalışın. Beləliklə, qidalanma ilə əlaqəli olan halsızlığınız düzəlməyə başlayacaqdır.

4. Yuxu apnesi və xoruldamaq
Yuxunun keyfiyyətini aşağı salıb, sizi halsız edən səbəblərdən biri də gecə yatarkən xoruldamaq və yuxu apnesi xəstəliyinə sahib olmaqdır. Xoruldayan adamın yuxusu keyfiyyətli ola bilməz. Belə insanlarda tez-tez oyanmaq rahat yatmağa və dincəlməyə mane olur. Həmçinin, gecə nəfəs tutulmalarına səbəb olan yuxu apnesi də yuxunun keyfiyyətinin aşağı düşməsinə şərait yaradır. Hər iki problemi həll etmək üçün mütləq tibbi dəstək almalısınız.

5. İnsomniya xəstəliyi
İnsomniya və ya yuxusuzluq xəstəliyi olanlar yuxuya gedə bilməmək, ya da bütün gecəni yata bilməmək kimi problemlər yaşayırlar. Əgər bu problemlərlə üzləşirsinizsə, mütləq həkimə müraciət etməlisiniz. İnsomniya kafeinin çox istifadə edilməsindən, uzun müddət yuxusuz qalmaqdan və qeyri-düzgün yuxu vərdişlərinizin olması hallarında yaranır. İnsomniya ilə mübarizə aparmaq üçün zehni olaraq özünüzü rahatlatmaq, davamlı idmanla məşğul olmaq, düzgün qidalanmaq, kafein istifadə etməmək və rahatladıcı bir yuxu mühiti hazırlamaq olduqca faydalı olacaqdır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!