“Payızda xəstələnməmək üçün bunlara diqqət edin!

Payızda xəstələnməmək üçün bunlara diqqət edin!

Payızda enerji itkisi yaşamamaq üçün gündə ən az 1,5 litr su içmək lazımdır.

Oktyabrda havaların sərinləməsi sağlamlıq problemlərini də özü ilə birgə gətirir. Ev içində gündə ən az 20 dəqiqə gəzişmək belə sağlamlıq baxımından faydalıdır. Xüsusilə Oktyabr ayından gündə ən az 1,5 litr su içmək və açıq havaya çıxdıqda özünüzlə qalın bir şey götürmək lazımdır. Payızı sağlam keçirmək üçün yuxu rejimi də vacibdir. Gündə ən az 6 saat yatmaq bəs edər. Payız aylarında ağır yeməklərdən qaçmaq lazımdır. Xüsusilə səhər yeməyinə diqqət yetirin.

Oktyabr ayı xüsusilə 65 yaşın üstündəki insanlar üçün “qrip ayı” kimi ifadə olunur. Oktyabrda fəsil dəyişikliyi üçün xüsusilə 65 yaşdan çox olan insanların peyvənd olunması lazımdır. Həmçinin sinuzit, bronxit, ürək çatışmazlığı, diabet kimi şikayətləri olanlar da peyvənd olunmağa əhəmiyyət verməlidir. Ancaq çalışın ki, soyuqdəymədən sonra peyvənd olunmayasınız. Çünki peyvənd bir bakteriya və virusun modifikasiyası ilə hazırlandığı üçün əleyhinizə ola bilər. Ancaq 65 yaşından çox olan insanlar mütləq pnevmoniya peyvəndi olunmalıdır.

Həmçinin xüsusilə immuniteti zəif olan insanlarda peyvəndin əhəmiyyəti böyükdür. Bir peyvənd ilə bir həyat xilas etmə ehtimalımız yüksəkdir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!