Pozitiv enerji verən naringinin biz qadınların sağlamlığı üçün möcüzəvi faydaları var! Saç tökülməsindən sümük əriməsinə, qarın əritməkdən uşağın inkişafına qədər naringinin faydalarını sizin üçün hazırladıq.
Hamiləliyə faydalıdır:
Reproduktiv orqanların sağlamlığını qoruyan naringi qanı artıraraq hamiləlik müdddətində uşağın sağlam şəkildə inkişafına kömək edir.
Artıq yağları əridir:
Qarın, bud və qollardakı artıq yağları əritmək xüsusiyyətinə malik olan naringi sağlam şəkildə arıqlamağa kömək olur.
Saç tökülməsinin qarşısını alır:
Naringi qadınlarda saç tökülməsinin qarşısını alır, tərkibindəki A vitamini sayəsində yeni saçların çıxmasına, saçların həcmli və gur görünməsinə şərait yaradır.
Diabetə xeyirlidir:
Liflə zəngin olan naringi qan şəkərini taraz saxlamaqla tez acmağın və halsızlığın qarşısını alır.
Sümük əriməsinin qarşısını alır:
Naringi klimaks dövründə qadınların ən çox qarşılaşdığı təhlükə olan sümük əriməsinə qarşı qoruyur.
Göz sağlamlığını qoruyur:
A vitamini tərkibli naringi göz sağlamlığını qoruyur və daha yaxşı görməyə kömək olur.
Qripə qarşı qoruyur:
İmmunitet sistemini gücləndirən C vitamini ilə zəngin olan naringi qripə qarşı mübarizədə ən yaxşı vasitələrdəndir.
Naringi nə qədər və necə yeyilməlidir?
- Naringi 60 kaloridir. Gündə 2 ədəd yeyilə bilər. Bu ölçü sağlam qidalanma və çəkini qorumaq üçün idealdır.
- Ara yeməklərdə bir stəkan süd, kefir və ya qatıqla birgə yeyilə bilər.
- Üstünə bir çay qaşığı darçın səpib, yemək aralarında yeyilsə, tox tutar və daha az yeyərək arıqlamağa kömək edər.