“Qəbzliyə yaxşı təsir göstərən 3 qida

Qəbzliyə yaxşı təsir göstərən 3 qida

Qəbzlik bir çox insanın yaşadığı ortaq problemdir. Əminik ki, çox eşitmisiniz amma qəbzliyi nə olduğunu bilməyənlər varsa bu, nəcis sıxlığının azalması, qəbz olan insanlarda şişkinlik, həssasiyyət və tualetə getmədə çətinliyə səbəb olması kimi izah oluna bilər.

 

Simptomların tipi və şiddəti insandan insana görə dəyişir. Bəzi insanlar nadirən qəbzlik yaşayərkən, digərləri üçün bu xroniki bir vəziyyətdir. Qəbzliyin səbəbləri fərqli ola bilər; yetəri qədər maye qəbul etməmə, duyğusal vəziyyət, sağlıqsız qidalanma, hərəkətsizlik və istifadə olunan bəzi dərmanlar.

Bəzi qidalar nəcisi yumşaldaraq, bağırsağa keçmə müddətini qısaldaraq qəbzliyi yüngülləşdirə bilər. Qəbzliyi yüngülləşdirməyə kömək edəcək 3 qida haqqında sizə məlumat vermək istəyirik.

Quru Ərik

Quru meyvələr və xüsusilə də quru ərik qədim zamanlardan bəri qəbzliyin qarşısını almaq və ya müalicə etmək üçün istifadə olunur. Quru əriyin tərkibində liflər çox olduğu üçün bu liflər nəcisdəki su miqdarını artıraraq qəbzliyi aradan qaldırır. İçindəki difenilizatin adlı maddə ona qəbzliyi azaltmaqda yəni laksatif təsir göstərməkdə kömək edir.

 

Armud

1 orta ölçülü armudda ortalama 6 qram lif var və bu yüksək lif tərkibi qəbzliyim qarşını almaqda armudu əvəzsiz qida edir. Armudlar bundan başqa fruktoza və sorbitol baxımından da zəngindirlər. Fruktoza və sorbitol, bağırsaqların hərəkətini artırıb, bağırsaqlara su çəkərək tualetə getməni asanlaşdırır.

 

Yulaf Kəpəyi

Yulaf kəpəyi əslində yulaf dənəsinin lif baxımdan zəngin xarici gövdəsidir və bağırsaq sağlığına müsbət təsir edir. 3 yemək qaşığı, yəni təxminən 30 qram yulaf kəpəyində ortlama 4.5 qram lif var və bu lif də eynilə öncəki qidalar kimi qəbzliyə qarşı sizə ən yaxşı təsir göstərə biləcək maddədi.

 

Əlbəttə qəbzliyin müalicəsinə kömək edən qidalar yalnız bunlar deyil, quru qaysı, quru əncir, alma, taxıllı və paxlalı bitkilər, ayran, qatıq kimi probiotik qidalar da təsirlidir.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!