“Qrip necə yoluxur, qorunma üsulları nələrdir?

Qrip necə yoluxur, qorunma üsulları nələrdir?

Soyuqdəymə və qrip mövsümü gəldi. Özünüzü xəstəliklərdən qorumaq üçün tədbir görə bilərsiniz.

Qrip necə yoluxur?

Sağlam mühitin qorunması məqsədi ilə hər cür xəstəlik faktorunun ortadan götürülməsi üçün gigiyenanın təmin olunması ilk qaydadır. Gigiyena isə əl yuma vərdişinin qazanılması ilə başlayır. Doğru əl yumaq günümüzdə ən vacib sağlamlıq tədbirlərindən biridir. Qrip virusu, soyuqdəymə virusları, hətta əldə kiçik bir yara olduqda Hepatit B virusu da yoluxa bilər.

Əldən-ələ qrip yoluxa bilərmi?

Əldən-ələ yoluxa bilən infeksiyaların başında tənəffüs orqanlarının virusları gəlir ki qrip virusu da ən təhlükəli virus olaraq izah olunur. Hər hansı bir insan ilə əllə görüşmə zamanı ələ bulaşa biləcək bütün viruslar bu üsulla bədənə daxil ola bilər.

Qripdən qorunma üsulları nələrdir?

Qripdən qorunmaq üçün birinci üsul doğru əl yumaqdır. Doğru əl yumaq əlin bütün hissələrinin ovulduğu, mikrobdan təmizləndiyi əl yumadır. Su və sabunla əllərin yuyulduğu hallarda bu, mikroorqanizmlərin uzaqlaşdırılmasını təmin edir. Bu səbəbdən ovuc içləri hər iki əlin arxası, barmaq araları, parmaq ucları, baş barmaq üstü, bilək hissəsi ovularaq mikroorqanizmlərdən təmizlənməlidir.

Əllər yeməkdən qabaq və sonra, tualetdən çıxdıqdan sonra mütləq yuyulmalıdır. Fərqli səthlərlə təmasdan sonra hər dəfə əllərinizə mikrobların bulaşa biləcəyini nəzərə alaraq yuya bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!