“Sağlamlığınız üçün günə gülərək başlayın

Sağlamlığınız üçün günə gülərək başlayın

Günə gülərək başlamağın sağlamlıq mənbəyi olduğunu bilirsinizmi? Gülməyin insan fiziologiyası üzərindəki təsirlərini araşdıran mütəxəssislər gülən insanların qan axışının daha müntəzəm olduğunu, immunitet səviyyəsinin yüksəldiyini, qan şəkərinin aşağı düşdüyünü və yuxusuzluq problemi yaşamadığını bildirirlər.

Güldüyümüz zaman üzümüzdəki və bədənimizdəki əzələlər hərəkət edir, nəbzimiz və təzyiqimiz aşağı düşür, daha tez-tez nəfəs alıb-veririk. Və bütün bunlar sayəsində toxumalarımıza daha çox oksigen gedir. Gülməyin bəzi faydalarını sizə təqdim edirik:

Qan axışını tənzimləyir:

Bir qrup insanlara komediya və ya dram janrında filmlər izlədilərək bunun damarlar üzərindəki təsirləri araşdırılmışdır. Araşdırmanın sonunda komediya janrında film izləyən qrupun damarlarının asanlıqla daralıb-genişlənərək normal bir şəkildə hərəkət etdiyi, dram janrında bir film izləyən qrupun isə damarlarının qan dövranını məhdudlaşdıracaq şəkildə gərilməyə meylli olduğu görülmüşdür.

İmmunitet səviyyəsini yüksəldir:

İmmun sisteminin səviyyəsinin azalması stressin artmasına səbəb olur. Araşdırmalar yumordan istifadə etmək bacarığının bədəndəki infeksiyalar ilə mübarizə aparan “antikor” səviyyəsini yüksəltdiyini və immunitet hüceyrələrinin səviyyəsini artırdığını göstərmişdir.

Qan şəkərini aşağı salır:

Diabet olan 19 nəfər ilə aparılan araşdırma nəticəsində gülməyin qan şəkəri üzərindəki təsiri aşkarlanmışdır. Belə ki, komediya janrındakı bir filmə baxdıqdan sonra həmin insanlarda qan şəkərinin xeyli aşağı düşdüyü görülmüşdür.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!