Sarıkök və süd sağlamlığı qorumaq üçün içilən ənənəvi bir içkidir.
İçində ədviyyat olan sarıköklü süd qarışığı, adətən, rahat bir yuxu bəxş edir. Həmçinin soyuqdəymə, boğaz ağrısı, həzmsizlik, menstruasiyanın yüngülləşməsinə kömək edir. Güclü antioksidant mənbəyi olan sarıkök Çin tibbində də öz yerini tapmışdır.
Qarışıq üçün lazım olan ərzaqlar:
Ədviyyatlı sarıkök südü hazırlamaq üçün süd, sarıkök, qara bibər, darçın, kokos yağı və bal lazımdır.
Necə hazırlanır?
Bir qazana bir stəkan südü tökün və qazın üstünə qoyun. Bunun içinə yarım çay qaşığı sarıkök, bir çay qaşığının dörddə biri qədər qara bibər, kiçik darçın qabığı və yarım çay qaşığı kokos yağı əlavə edin. Bütün ərzaqları bir neçə dəqiqə qaynadın. Daha sonra süzgəc vasitəsilə süzün. Bal da əlavə edərək, axşam yatmazdan qabaq için.