Günə enerjili başlamaq yerinə özünüzü yorğun hissedirsiniz? Rahat bir gecə yuxusundan sonra günə enerji ilə başlayanları siz də qısqanırsınız? Narahat olmayın, bu sadecə sizə məxsus bir vəziyyət deyil. Səbəblərini sizlər üçün araşdırdıq.
Keyfiyyətsiz yuxu
Nə qədər çox yatmış olmağınızın heç bir əhəmiyyəti yoxdur. Vacib olan keyfiyyətli yuxudur. Gecə gec saatlarda kofeinli içki içmək, ağır axşam yeməyi ya da səs-küylü mühitdə yuxuya getməyə çalışmaq yuxunuzun keyfiyyətini aşağı salır.
Sosial media
"Son dəfə whatsapp hekayəmi yoxlayım, görüm kim izləyib", "Yatmazdan əvvəl instagram'a baxım" kimi cümlələr yuxunuz üzərində böyük təsirə malikdir. Özünüzə bir söz verin və yatmazdan 1 saat əvvəl bütün texnoloji cihazlardan uzaq dayanın.
Dərman istifadəsi
Davamlı şəkildə istifadə etdiyiniz bir dərman səhərlər oyanmağınızı çətinləşdirə bilər. Bu səbəbdən mütləq həkiminizlə məsləhətləşin.
Sağlamlıqla bağlı problemlər
Xroniki yuxusuzluğun əsas səbəblərindən biri də depressiyadır. Tibbi kömək alaraq bu problemin öhdəsindən gəlmək mümkündür.
Telefonu səssiz rejimə keçirin
Bütün addımları həyata keçirdiniz, amma gecə yarısı telefonunuzdan gələn bildiriş sizi narahat edə bilər. Gecə yuxunuzun tez-tez bölünməsi ertəsi gün yorğun oyanmağınıza səbəb ola bilər. Səssiz bir telefon rahat yuxunun zəmanətidir.
Düşüncələr dəryası
İşlə bağlı problemlər, dostlarınızla aranızda yaşanan qarşıdurma ya da istirahət planları kimi fikirlər insanı yuxudan məhrum edir. Bu səbəblərdən, yatmazdan əvvəl kitab oxuyun, isti duş qəbul edin ya da sakitləşdirici təsirə malik idman hərəkətləri edin.