Səhərlər oyanmaqda çətinlik çəkirsinizsə, hətta oyandıqdan sonra yataqdan çıxmaq sizin üçün işgəncədirsə, artıq yatağınızla vidalaşmağın vaxtı gəlib çatıb deməkdir.
Sağlamlığınızı dəyərləndirin
Səhər yorğunluğunun sağlamlıqla bir əlaqəsi ola bilər. Bəlkə daha fərqli bir qidalanma və idman planına ehtiyac ola bilər. Bir sağlamlıq probleminizin olub-olmadığını bilmək üçün bir həkimə müraciət edin.
Yatağınızın yaxınlığında su saxlayın
Səhər hələ yatağınızda olduğunuz vaxt bir stəkan su içmək sizi oyandıra bilər. Ya da kofeinli bir içki qoyub, səhər oyandıqda bu içkini için.
Gecə yatmazdan qabaq alkoqol və ya kofein qəbul etməyin
Alkoqol və kofein sizin yuxunuzu qaçıracaq. Kifayət qədər yata bilmədiyiniz üçün də səhərlər oyanmaqda çətinlik çəkəcəksiniz. Alkoqollu içkilər başda olmaqla, çay, kofe kimi kofeinli içkilər və alma kimi kofeinli qidalardan axşamlar uzaq durun.
Ətirli yağları sınayın
Ətirli yağlar yüzlərlə ildir ki, insanlar tərəfindən istifadə edilir. Yataqdan heç cür qalxa bilmirsinizsə, uçucu yağ şüşəsini açın və qoxlayın. Xüsusilə portağal və ya nanə kimi xoş qoxulu uçucu yağlardan birini yatağın yaxınlığına qoyun.
Özünüzü öyrəşdirin
Səhərlər rahat oyanmaq üçün özünüzü öyrəşdirə bilərsiniz. Gün ərzində bu oyanma hərəkətlərini təkrar edə bilərsiniz. İşıqları söndürün və ən qısa müddətdə yataqdan qalxma məşqi edin. Öyrəşənədək gündə 10 dəfə ardıcıl olaraq bu hərəkəti təkrarlayın. Problem oyanmaqda yox, yataqdan çıxmaqdadır. Bunun üçün hər gün oyanan kimi ən sürətli şəkildə yataqdan çıxmağa çalışın.