Gün keçdikcə artan süd vəzisi xərçənginin səbəblərindən biri də həddindən artıq şəkər qəbulu imiş. Qidalanmanın süd vəzisi xərçənginə təsiri barədə məqaləmizdən oxuya bilərsiniz.
Son araşdırmalar xərçəngə səbəb olan qidalara birini də əlavə etdi. Hamımızın qəbul etdiyi şəkərin xüsusilə süd vəzisi xərçənginin səbəbkarlarından biri ola biləcəyi ortaya çıxdı. Keçdiyimiz günlərdə Cancer Research (Xərçəng Araşdırmaları) gündəlik qidalanma rejimi ilə xərçəng arasında əlaqəni tədqiq edən bir araşdırma yayımladı. Bu mövzuda daha əvvəl aparılan araşdırmalarda şəkər qəbulu ilə süd vəzisi xərçəngi arasında əlaqə tapılmamış olsa da, bu son araşdırma fərqli bir baxışı meydana çıxardı.
Texas Anderson Universitetinin Xərçəng Mərkəzi siçanların üzərində araşdırma həyata keçirdi. Altı ay sonra nişasta qrupunda qidalanan siçanların 30%-də xərçəng aşkarladılar. Şəkər baxımından zənginləşdirilmiş yeyinti məhsulları ilə qidalanmağa üstünlük verən siçanların yarısında süd vəzisi xərçəngi aşkarlandı. Həmçinin, eyni qrup daxilindəki siçanlarda ağciyər metastazlarının digərləri ilə müqayisədə daha çox inkişaf etdiyi məlum oldu.
Tədqiqatçılardan Peiying Yang şəkər ilə qidalanan siçanların şəkərsiz qidalananlarla müqayisədə daha asan xərçəngə tutulduğunu, Professor Lorenzo Cohen isə şəkərin bütün qidalarda bir miqdar olduğunu, amma problemin mərkəzinin davamlı şəkər qəbul etmək olduğunu bildirib.
Daha əvvəlki araşdırmalardan fərqli olaraq bu son araşdırmanın şəkər ilə süd vəzisi xərçəngi arasında aparıldığı və etibarlı olduğu bildirilir. Tədqiqatçılar insanları xüsusilə şəkərli içkilərin ürək xəstəlikləri və xərçəng kimi bir çox xəstəliyə səbəb olduğu istiqamətində xəbərdar edir və qidalanma vərdişlərinin şəkər qəbulunu minimuma endirəcək şəkildə nizamlanmalı olduğunu deyirlər.