Sirkəni təkcə salatlarınızda sous kimi istifadə edirsinizsə, çox şey itirirsiniz. Çünki sirkə soyuq dəymədən iştahsızlığa, böyrək daşından qan azlığına kimi bir çox dərdin dərmanıdır. Xüsusilə alma sirkəsi sağlamlığınız üçün çox faydalıdır. Bundan əlavə, sirkəni qazanları təmizləmək, kirəci yox etmək və saçları parıldatmaq üçün də istifadə edirlər. Lakin sirkənin sağlamlığımıza faydası və xeyri daha çoxdur. Biz də bu yazıda həmin faydalardan bəhs edəcəyik.
Qripə qarşı
Sirkə qədim zamanlarda vəbadan qorunmaq üçün istifadə edilirmiş. Qripə qarşı sirkəli qarışığın reseptini sizə təqdim edirik.
Lazım olanlar:
- 2 litr qırmızı və ya ağ üzüm sirkəsi
- 1 ovuc dəniz duzu
- 1 ovuc ardıc üzümü
- 1 ovuc sədəfotu yarpağı
- 3 baş xırda doğranmış sarımsaq
- 30 qram döyülmüş mixək
- 45 qram doğranmış tütəkotu kökü
Hazırlanması və istifadəsi:
Bu qarışığı qalın bir şüşə qaba tökün. Ən az 15 gün günəşdə saxladıqdan sonra süzün. Səhərlər bir qurtum için. Müəyyən fasilələrlə əllərinizə vurun və burnunuza çəkin. Bu qarışıq qrip və digər yoluxucu xəstəliklərdə çox təsirli və faydalıdır.
Mikrob öldürücü
Bütün sirkələr salmonella, streptokok kimi bakteriyaları bir dəfəyə öldürəcək qədər güclüdür. Buna görə də Amerikada bəzi xəstəxanalar digər dezinfeksiya edici vasitələr yerinə sirkədən istifadə etməyə başlayıblar.
İştah açıcı
Sirkə, su və bal qarışığının iştahı açmaq və həzmi yaxşılaşdırmaq təsiri vardır. İştahsız insanların yeməklərdən yarım saat əvvəl bu qarışıqdan içmələri faydalı olacaqdır.
Böyrək daşına qarşı
Bolca az minerallı su için. Bundan əlavə, gündə iki-üç dəfə bir yemək qaşığı alma sirkəsini su ilə qarışdırıb için. Beləliklə, böyrək daşının yaranmasının qarşısını alacaqsınız.
Astma və nəfəs yolları xəstəliklərinə qarşı
Bal və alma sirkəsi bu xəstəliklərin müalicəsində çox yaxşı nəticə verir. Lakin bu zaman balın təbii, işlənməmiş və isidilməmiş olmasına diqqət yetirilməlidir. Bir qaşıq sirkəni bir qaşıq balla qarışdırıb ilıq suya əlavə edin. Gündə 3-4 dəfə bu qarışıqdan için.
Bronxitə qarşı
Bronxitə qarşı da sirkə olduqca faydalıdır. Ballı isti suyun içinə bir çay qaşığı sirkə əlavə edib gündə 3-4 dəfə için. Müntəzəm olaraq içildiyində yaxşı nəticə verdiyinin şahidi olacaqsınız.
Yoluxucu xəstəliklərə qarşı
Bir çay qaşığı saf sirkəni eyni miqdarda balla qarışdırıb gündə iki dəfə çeynəmək sizi yoluxucu xəstəliklərdən qoruyacaqdır. Əgər artıq xəstəliyə yoluxmusunuzsa, bu qarışımı gündə 3-4 dəfə çeynəyin. Bundan əlavə, 3 yemək qaşığı sirkəni bir miqdar isti suyun içinə tökün, dəniz duzu da əlavə edərək qarqara edin. Həmçinin bir dəsmalı sirkəylə isladaraq gün ərzində müəyyən vaxtlarda iyləmək də yoluxucu xəstəliklərdən qorunmaqda təsirli üsuldur.
Qan azlığına qarşı
Sirkə anemiyaya qarşı çox təsirli vasitə olan dəmir, B12 vitamini və fol turşusunu bədənin asanlıqla qəbul edəcəyi formada özündə cəmləşdirir. Sirkənin tərkibində turşuluq çox olduğundan, mədəyə zərər verməməsi üçün çoxlu miqdarda istifadə etməməyə çalışın. Gündə bir dəfə ilıq ballı suyun içinə bir çay qaşığı alma sirkəsi əlavə edərək içməklə qan azlığı problemini həll etmiş olarsınız.
Qanaxmanı dayandırmaq
Sirkənin qanı sulandırmaq xüsusiyyəti ilə yanaşı, buna zidd olan qanaxmanı dayandırmaq xüsusiyyəti də var. Həddindən artıq menstruasiya qanaxmaları və hemoroid nəticəsində yaranan qanaxmalara qarşı yeməklərdən əvvəl ilıq ballı suya bir çay qaşığı sirkə əlavə edilib içilməsi tövsiyə edilir. Burnun qanaması zamanı isə sirkəyə batırılmış pambıqla tampon etmək kifayətdir.