“Sızanaqların təxmin etmədiyiniz faydaları

Sızanaqların təxmin etmədiyiniz faydaları

Aparılan bir araşdırma bir çox insanın kabusu olan sızanaqların əslində sağlamlığa bir faydasının olduğunu ortaya çıxarıb.

Bu araşdırma üzünüzdə yenir bir sızanağın olduğunu gördüyünüz zaman ürəyinizi az da olsa, rahatlaşdıra bilər. Sizin kefinizi pozan sızanaq əslində dərinizin yavaş yaşlandığının bir əlaməti ola bilər.

Yeni bir araşdırmaya əsasən, sızanaq problemi olan insanların ağ qan hüceyrələrində olan telomerlər daha uzun olur. Bunun mənası isə sözügedən hüceyrələrin yaşlanmağa qarşı daha yaxşı qorumasıdır.

Araşdırmada dörddə birində sızanaq problemi olan 2510 əkizin ağ qan hüceyrələrindəki telomerlər təcrübədən keçirilib. Nəticələrə əsasən telomerləri nəzərə çarpan dərəcədə daha uzun olan insanlarda sızanaq probleminin olması və dəri yaşlanmasına qarşı daha çox qoruma altında olduqları ortaya çıxıb.

Hətta sızanaq problemi olan əkizlərdə hüceyrə ölümünün də daha az olduğu müəyyən edilib.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!