“Sol, yoxsa sağ tərfimizin üzərində yatmaq daha yaxşıdır?

Sol, yoxsa sağ tərfimizin üzərində yatmaq daha yaxşıdır?

Bundan sonra gecə yatarkən sol tərəfinizin üzərində yatmağı sınayın, çünki belə yatmaq daha faydalıdır. Niyə? Ardı məqaləmizdə.

Yaxşı gecə yuxusu orqanlarımızın funksiyalarını rahat yerinə yetirməsinə, sağalmasına və əhval-ruhiyyəmizə müsbət təsir edir. Ömrümüzün üçdə birini yuxuda keçiririk. Hərənin yatma forması müxtəlifdir, arxası üstə, sağa, sola tərəf və ya ağzı üstə yatan insanlar var. Bütün bunlar arasında ən faydalısının sol tərəf üzərində yatmaq olduğu düşünülür. Sol tərəfə dönüb yatmaq ürək və həzm sistemimizin daha rahat işləməsini və qanın bədəndə daha rahat dövr etməsini təmin edir.

Arxası üstə yatmaq

Xoruldamaq kimi bir probleminiz olmadığı müddətcə bu cür yatmaq da faydalıdır. Bu zaman onurğanız və boynunuz daha rahat olur. Əgər xoruldama probleminiz varsa, sol tərəfə dönüb yatmaq daha yaxşıdır.

Üzü üstə yatmaq

Qarnınızın və sinənizin üstündə yatmaq mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir. Bu şəkildə yatdıqda onurğanız düzgün pozisiyada olmur, bədəndə təzyiq yaranır və əzələ ağrılarına səbəb olur. Bu yatma forması nəfəs almağı da çətinləşdirir.

Sağ tərəfə yatmaq

Sağ tərəfə yatmaq məsləhət görülmür, çünki sağ tərəfə dönüb yatmaq mədədə yanğı hissi və həzm problemlərinə səbəb ola bilər.

Sol tərəfə yatmaq

Sol tərəfinizin üzərində yatmaq ən sağlam hesab olunan seçimdir və mütəxəssislər də bunu məsləhət görürlər. Xüsusilə hamilələr üçün bu pozisiya çox faydalıdır.

Sol tərəfə yatmağın əsas faydaları aşağıdakılardır:

- Reflyuks və mədə problemləri kimi narahatlıqları azaltdır.

- Limfa vəzilərinin daha rahat işləməsinə kömək edir.

- Ürək bütün bədənə qanı daha yaxşı vurur.

- Bədəndəki toksinlərin daha asan atılması təmin olunur.

- Dalağın işini daha yaxşı görməsinə kömək edir.

- Həzmi asanlaşdırır.

- Qanın bədəndəki dövranına müsbət təsir edir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!