“Sosial şəbəkələrdən uzaqlaşmaq üçün 5 effektiv addım

Sosial şəbəkələrdən uzaqlaşmaq üçün 5 effektiv addım

Heç nə ilə məşğul olmadığımız halda, birdən-birə özümüzü məşğul etdik. Gün ərzində daim Gmail, Facbook, Twitter, Pinterest, İnstagram və s. sosil şəbəkələr ilə məşğuluq. Nə qədər vaxt keçirdiyimizin əslində özümüz də fərqindəyik. Sadəcə bir həyatımız var və bunun bir hissəsini sosial şəbəkələrdə keçiririk. Bəs bu haldan xilas olmaq üçün nə edə bilərik? Həyatımızın ayrılmaz bir hissəsi halına gələn bu şeylərdən xilas olmaq bəzən heç də asan deyil. Ancaq mümkünsüz olmadığını qeyd etməkdə də fayda var. Daha əvvəl sosial şəbəkələrin həyatımıza mənfi təsirləri barəsində yazmışdıq. Bu dəfə isə bu mənfi təsirlərə qarşı edə biləcəyiniz ən asan üsulları qeyd etdik. Bu 5 asan addımı sizlərə təqdim edirik.

1.Bildirişləri söndürün

Təbii ki, bildirişləri bağlamaq bizi sosial şəbəkədən tam uzaqlaşdırmayacaq. Ancaq əslində əsas məqsədimiz də budur. Həyatımızın hər bir sahəsində eyni tarazlığı qura bilmək. Bunun bir yolu da bildirişləri bağlamaq olacaq. Bunun sayəsində istifadə etdiyiniz sosial şəbəkələrə çox daxil olmaq istəməyəcəksiniz. Çünki alacağınız heç bir bildiriş yoxdur.

Bu bildirişlər bizim ağlımızı məşğul edir. Hər zaman onlara baxmaq istəyirik. Bu səbəbdən də bildirişləri bağlamaq tapa biləcəyiniz ən asan üsullardan biridir. Bildirişləri söndürmək heç də çətin deyildir. Əgər inansanız, bunu edə bilərsiniz. Hətta elə indi edin. Bütün bildirişləri söndürün. Bundan sonra gününüzün sadəcə müəyyən etdiyiniz saatını sosial şəbəkələrə ayıra bilərsiniz.

2.Proqramları silin

Əgər gün ərzində Facebooka 60 dəfədən çox baxırsınızsa, buna son qoymağınız məsləhətdir. Bunu etməyin ən asan yolu Facebook proqramını telefondan silməkdir. Çünki artıq smartfonların, kompyuter və planşetlərin köləsinə çevrildik. Ancaq sonda bütün bunları tərk edəcəyik. Telefonunuzu söndürün və ya o ən çox istifadə etdiyiniz proqramları silin. Facebooka az istifadə etdiyiniz üsulla daxil olun. Kompyuterdən daha çox daxil olursunuzsa, bunu telefonla, telefondan daha çox daxil olursunuzsa, kompyuterlə əvəzləyin.

3.Dostluqdan çıxarın, izləməyi buraxın

Özünüzə bir siyahı hazırlayın. Onlardan xilas olmaq üçün gərəyindən çox izlədiyiniz insanları izləməyi buraxın, abunəlikdən çıxın və ya dostluqdan çıxarın. Günümüzün yarısından çoxunu bu proqramlarla keçirdiyimiz üçün bunun bir yolu da bunları etməkdir. Əks halda işdə belə onlarla oynayacaqsınız.

4.Mesajlaşmaq

Dostlarınızla təkcə bir yerə gedəcəyiniz zaman mesajlaşın. Hər an mesajlaşmaq artıq sizi uçuruma belə apara bilər. Mesajlaşmaları təkcə görüş saatlarını müəyyən etməkdə istifadə edin. Bu sizin üçün həm maddi, həm də mənəvi qazanc ola bilər.

5. Hesablarınızı silin

Əgər yuxarıdakıların heç biri çarə olmursa, son çarə olaraq daha radikal bir qərar qəbul edə biləsiniz. Hesablarınızı silmək. Bunun asan bir qərar olmadığını bilirik, amma əgər sosial şəbəkələr sizə ciddi mənada narahatlıq verəcək qədər asılılığa çevrilibsə, bəlkə də ən radikal addım ən doğru addım ola bilər.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!