Su içməyi sevmək üçün əslində artıq güclü səbəblərimiz var. Çünki sizə su içməyin faydalarını daha əvvəlki məqalələrimizdə izah etmişik. Bəs daha çox su içmək üçün nə etmək lazımdır?
Bəzi insanlar su içməyi unudur və ya su içmək üçün susamağı gözləyir. Ancaq bu, sağlamlığınız üçün həqiqətən pis bir vərdişdir. Gündə 15 stəkan su içməyə başlamaq üçün aşağıdakı üsulları sınaya bilərsiniz:
- Telefonunuza bildiriş qurub su içməyi xatırlatdırın.
- Stolunuzda stəkan və içi su ilə dolu qrafin saxlayın.
- Suyu qurtum-qurtum və oturaraq için.
- Suyun dadını gözəlləşdirmək üçün limon, darçın və ya nanə əlavə edin.
- Birdən-birə 15 stəkan su içmək üçün özünüzü məcbur etməyin. Mərhələ-mərhələ artırın.
Ancaq yenə də dadını gözəlləşdirmək istəyirsinizsə, qrafinə bir neçə dilim limon, zəncəfil və ya darçın əlavə edə bilərsiniz. Aşağıdakı resept həm arıqlamağınıza, həm də su içməyi sevməyinizə kömək edəcəkdir.
Ərzaqlar:
- 1 litr otaq temperaturunda su,
- 1 ədəd çubuq darçın,
- 3 dilim limon,
- 5 yarpaq təzə nanə.
Hazırlanması:
- Bütün ərzaqları yuyub qrafindəki suya əlavə edin.
- Gecədən səhərə qədər və ya ən az 5 saat saxlayın.
- Ərzaqları suyun içində saxlayıb gün ərzində içib bitirin.
- Hər gün yeni ərzaqlarla fərqli detoks suları hazırlayın.