Dünyada və ölkəmizdə həddindən artıq çox istifadə edilən mobil telefonların sağlamlığımız üçün çoxlu sayda zərəri var. Hamımızın bir an belə yanımızdan ayırmadığımız, hətta bəzilərinin yatanda da yastığının altında saxladığı telefonlar həyatımız üçün çox böyük təhlükə mənbəyidir. Bu yazımızda biz bu zərərlərin nələr olduğunu diqqətinizə çatdırmışıq. Gəlin bunlara nəzər salaq.
-Telefonların yaydığı radiyasiya insanın qan hüceyrələrinə zərər verir. Telefon dalğaları o qədər güclüdür ki, 50 dəqiqə istifadə edildikdə belə insanın beynində bəzi dəyişikliklərə səbəb olur.
-Telefonlarımızı demək olar ki, bütün gün cibimizdə daşıyırıq. Bu da bədənimizdə bəzi struktur dəyişikliklərin yaranmasına səbəb olur. Buna görə də telefonları mümkün olduğu qədər bədəninizdən uzaq tutmağa çalışın.
-Hamilə qadınlar bu müddətdə telefonu özlərindən uzaqda tutmağa xüsusi diqqət yetirməlidirlər. Çünki telefonun yaydığı radiyasiya uşaqda DNT-yə neqativ təsir edir və embrionun inkişafına zərər verir.
-İnsanlarda 30% miqdarında diqqəti yayındırır.
-Qısa müddətli zərərlərindən biri isə görüş sahəsində daralma yaratmasıdır. Çox istifadədən sonra insanların görməsində daralma olduğu təsbit edilmişdir.
-Qulaqların çınlamasına və isinib qızarmasına yol açır. Bəzən isə eşitmədə qısa müddətli problemlər yaranmasına səbəb olur.
-Yaddaşın zəifləməsi və beyində şişin yaranmasına gətirib çıxardır.
-Hamilə qadınlarda uzun müddət istifadəsi uşaq salma riskinin artmasına səbəb olur.
-Uzun müddət oyun oynamaq və ya mesaj yazmaqla məşğul olmaq gözlərin yorulmasına şərait yaradır. Bu da gələcəkdə görmədə problemlərin yaranmasına zəmin hazırlayır.
-Yorğunluq hissi yaradır və insan özünü uzun müddət işləmiş kimi halsız və yorğun hiss edir.