“Televizoru yüksək səslə izləyirsiniz?

Televizoru yüksək səslə izləyirsiniz?

Yüksək səslə televizora baxmağın eşitmə orqanınıza necə zərər verdiyinə baxın.

Eşitmə problemləri anadangəlmə olduğu kimi uşaqlıqda, ya da irəliləyən vaxtlarda da ortaya çıxa bilir. Deyiləni başa düşmək üçün danışılan insanın üzünə diqqətlə baxan, ya da təkrarlatmaq ehtiyacı hiss edən, televizor və radionun səsini çox qaldıran insanlarda eşitmə problemləri yarana bilir.

Bu əlamətlərə diqqət edin!

- Normal danışıqları eşitməkdə çətinlik çəkirsinizmi?

- İnsanların nə dediyini başa düşmək üçün üzlərinə diqqətlə baxırsınızmı?

- İnsanlara dedikləri təkrarlatma ehtiyacı hiss edirsinizmi?

- Televizor və radionun səsini çox qaldırırsınızmı?

- Qarşınızdakı insan danışdığı zaman pıçıldayırmış kimi hiss edirsinizmi?

- Qulağınızda infeksiya, ağrı və ya cingilti uzun müddət davam edirmi?

- Eşitməyə çalışarkən yorğunluq və narahatlıq hiss edirsinizmi?

- Telefonla danışdığınız vaxt bir qulaq daha yaxşımı eşidir?

Eşitmə itkilərində erkən müayinə və müalicə müsbət nəticələr verir. Anadangəlmə eşitmə problemləri, erkən yaşda keçirilən xəstəliklər səbəbindən yaranan eşitmə itkiləri kimi problemlərin aradan qaldırılması, adətən, çətin olur. Bununla yanaşı, erkən müalicə zamanı müəyyən cihazların qulağa yerləşdirilməsi ilə də problemi aradan qaldırmaq mümkündür.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!