Tərləmək çox vaxt xoşumuza gəlməsə də, bədənimiz üçün çox faydalıdır. Bədənimizin bir havalandırma sistemi üzərinə qurulduğunun sübutu olan tərləmə bədənimiz üçün böyük əhəmiyyətə malikdir. Ortalama bir insan hər gün bədənindəki suyun 10%-ni tərləmədə istifadə edir. Üstəlik tərləmək üçün idman etməyinizə də ehtiyac yoxdur.
Tərləmənin köməkliyi ilə daha təmiz bir dəriyə sahib olarsınız. Geniş yayılmış düşüncənin əksinə tərləmək dərinizi çirkləndirmək əvəzinə təmizləyir.
Tərləmək yaraların sağalmasına kömək edir. Antibiotik dərman təsiri vardır. Aparılan bir çox araşdırma tərləmənin dərinizin üzərinə təsirli antibiotiklər yaydığını sübut edir.
Böyrəkdə daş əmələ gəlməsinin qarşısını alır. Aparılan araşdırmalar davamlı şəkildə idman edən və gündəlik bol miqdarda su içən insanlarda böyrək daşlarına daha az rast gəlindiyini sübut edib.
Tərləmək bədən temperaturunu aşağı salır. İstilik artımına qarşı tərləyən bədəniniz temperaturu aşağı salmağa çalışır. İdman edərkən tərləmənizin səbəblərindən biri də budur. Çünki bədən kalori yandırmaq və enerji səviyyəsini yüksək tutmaq üçün temperaturu artırır.
Tərləmək dərinizin rəngini və elastikliyini yaxşılaşdırdığı üçün gənc görünməyinizə də köməkçi olur. Həmçinin qanın artımına da təsir edən tərləmə toksinləri məsamələrdən xaricə atır və detoks təsiri yaradır.