Mobil telefon, planşet və kompüterləri düzgün olmayan vəziyyətdə istifadə etmək onurğanı dəstəkləyən əzələləri və bağları həddindən artıq yorduğu üçün fəqərəarası disklərdə vaxtından tez degenerasiyaya səbəb ola bilir.
Texnoloji cihazları istifadə edərkən edilən səhv vərdişlər və doğruları:
Səhv vərdiş: Mobil telefonla danışarkən telefonu qulaqla çiyin arasına sıxışdıraraq uzun danışıqlar aparmaq.
Doğru olan: Telefonla danışdığınız zaman imkan varsa, qulaqlıq istifadə edin. Qulaqlıq istifadə etmirsinizsə, çox danışmamağa çalışın.
Səhv vərdiş: Cihazın ekranına uzun müddət əyilərək baxmaq.
Doğru olan: Ekrana 20 dəqiqədən uzun müddət əyilərək baxmayın. Bu vəziyyətdə işləməyə məcbur olduğunuz zamanlarda isə, boyun əzələlərinizin rahatlaşması üçün masa arxasında edə biləcəyiniz idman hərəkətlərini təkrarlayın.
Səhv vərdiş: Önə doğru əyilərək və dəstəksiz şəkildə oturmaq.
Doğru olan: Texnoloji cihazları istifadə edərkən onurğanız dik və yastıqla dəstəklənmiş halda oturun.
Ayaqlarınız yerə tam şəkildə dəyməli, oturdğunuz yerin hündürlüyü omba ilə diziniz 90 dərəcə olacaq şəkildə olmalıdır. Laptop kompüter istifadə etdiyiniz zaman əyilməyin qarşısını almaq üçün masa üzərində və altında cihazın yüksəlməsi üçün köməkçi vasitələrdən istifadə edin.
Səhv vərdiş: Cihazı yerə və ya yatağa qoyub, üzü üstə yataraq istifadə etmək.
Doğru olan: Cihazları üzü üstə yataraq deyil, oturaq halda istifadə etmək çox vacibdir. Çünki bu vəziyyət boynu geriyə doğru həddindən artıq çəkərək həmin hissədəki bağ və kapsulaların bərk dartılmsına səbəb olur. Bu da bir müddət sonra onurğa mexanizmasının pozulmasına və yırtığa səbəb ola bilir.
Səhv vərdiş: Cihazı göz səviyyəsindən aşağıda saxlayaraq istifadə etmək.
Doğru olan: Etdiyimiz zəhvlərdən biri də cihazı göz səviyyəsindən aşağıda saxlamaqdır. Eynilə boynun həddindən artıq arxaya doğru dartılması kimi, önə doğru dartılması da onurğanı dəstəkləyən yumuşaq toxumaları zədələyərək düzülüşü poza bilər.
Bu səbəbdən cihazın ekranı tam qarşınızda və hündürlüyü göz səviyyənizdə olmalıdır.
Səhv vərdiş: Texnoloji cihazları uzun müddət hərəkətsiz şəkildə qalaraq istifadə etmək.
Doğru olan: Texnoloji cihazları istifadə edərkən fasilə verməyi unutmayın. Hər saat başı 5-10 dəqiqəlik fasilə verərək ofis daxilində 5 dəqiqəlik yeriməyi vərdiş halına gətirin.