“Turp yemək üçün 10 səbəb

Turp yemək üçün 10 səbəb

Dilimizdə işlənən "turp kimi olmaq" ifadəsi boşuna yaranmamışdır. Güclü antioksidant olan turp sağlamlığımız üçün çox faydalıdır və demək olar ki, sağlamlığı təmsil edir. C vitamini ilə zəngin olduğundan xüsusilə soyuqdəymə, qrip və ökürək kimi xəstəlikləri tez bir zamanda aradan qaldırmaqda böyük rol oynayır. Bundan başqa turpun həzm sistemini yaxşılaşdırmaqla qəbizliyi aradan qaldırmaq, qan təzyiqini və şəkəri stabil saxlamaq və bir çox digər faydaları da var. Gəlin bu faydaların nələr olduğunu birlikdə öyrənək və onlardan faydalanmaq üçün turpdan çox istifadə edək.

Xərçəngə qarşı

Turpun tərkibində anti-kanserogen xüsusiyyətə sahib olan fitokimyasal maddələr və antosianinlər var. Turp xərçəngin qarşısını almağa kömək edən hüceyrələrdə antioksidant funksiyası yerinə yetirir.

Qan təzyiqinə qarşı

Turp yüksək qan təzyiqinin tənzimlənməsinə kömək edən “anti-hipertansif” xüsusiyyətə malikdir. O, qan təzyiqini nəzarətdə saxlayaraq bədəndə sodium-potasium tarazlığını qorumağa kömək edir.

Şəkərli diabet üçün

Qlisemik indeksi aşağı olan və qan şəkərini tənzimləmək xüsusiyyəti sayəsində turp diabetli xəstələrin çox istifadə etdiyi tərəvəzlərdəndir.

Soyuqdəyməyə qarşı

Əgər uzun müddətli öskürək və soyuqdəymə problemi yaşayırsınızsa, turpu qida rasionunuza daxil edərək bu problemdən azad ola bilərsiniz. Turp boğazda olan bəlğəmi təmizləməkdə faydalıdır.

Sarılığa qarşı

Turp qandaki bilirubin miqdarının nizamlanmasına kömək edir. Bədəndəki oksigeni artırır və sarılığın səbəb olduğu qırmızı qan hüceyrələrinin azalmasını nəzarətdə saxlayır.

Qəbizliyə qarşı

Turp həzm sisteminin fəaliyyətini yaxşılaşdıraraq qəbizliyi aradan qaldırmağa kömək edir.

Astma üçün

“Anti-konjestif” xüsusiyyətə sahib olan turp astma xəstələri üçün əhəmiyyətli bir qidadır. Həmçinin, turp tənəffüs sistemində allergiya və infeksiyalara qarşı mübarizə aparır.

Böyrəklər üçün

Böyrək sağlamlığı üçün olduqca faydalı və əhəmiyyətli bir qidadır. Təbii bir təmizləyici təsiri olduğundan bədəndəki toksinlərin atılmasını təmin edir və sidik qovucuxüsusiyyətə malikdir.

Gənc görünmək üçün

C vitamini və antioksidan təsiri ilə turp üz dərisi üçün də faydalıdır. Belə ki, turp dərini ağardır, elastikliyini artırır, sərbəst radikalların dərinizə vuracağı ziyanın qarşısını alır və cavanlaşdırır. Beləliklə, turp yeyərək dərinizin sağlam olmasına və daha gənc görünməyə nail ola bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!