Bu rəngli qidaların tərkibində olan süni rəngləndirici maddələrin bir çoxunun neftdən hazırlandığını bilirik. Süni qida boyası qəbul etmək əhval dəyişiklikləri, yuxu pozğunluqları, qulaq infeksiyaları, baş ağrısı, artıq çəki, astma, ekzema, həddindən artıq həssaslıq, xromosom zədələnməsi kimi sağlamlıq problemlərinə səbəb ola bilir.
Uşaqlarınızın israrla istəməyinə aldanmayın
Təəssüf ki, uşaqlar özləri üçün zərərli və faydalı olanı müəyyən edə biləcək gücə sahib deyillər. Bu səbəbdən övladınızın israrlı istəyinə qarşı qərarlı rəftarınız onun israr səviyyəsini müəyyənləşdirəcək. Əgər özünüz bu ləzzətli qidaları yeyir, amma övladınıza verməkdən imtina edirsinizsə, təəssüf ki, bu sağlam bir üsul deyil. Övladınızın sizdə nəyi görürsə, onu istəyəcəyini unutmayın.
Bunun yerinə siz də bu zərərli qidaları evinizə daxil etməyərək övladlarınıza nümunə ola bilərsiniz.
Övladınızın israrlı istəklərinə qarşı qərarlı rəftarınızı qoruduğunuz halda bir müddət sonra əvvəlki qədər israrlı istəmədiyinin şahidi olacaqsınız.
Hazır "piroq"lar
Mikrodalğa sobada qızdırıla bilən xəmir məhsullarının tərkibində yüksək miqdarda şəkər və qlükoza var. Bunlar özü olduqca zərərli olmaqla yanaşı, eyni zamanda hidrolize edilmiş soya yağının və süni rəngləndiricinin də əlavə edilməsi ilə həmin şirniyyatlar daha da zərərli hal alır. Əgər övladınızı yalnız soyuqdəymə və qripdən deyil, daha ciddi sağlmalıq problemlərindən də qorumaq istəyirsinizsə, yediyi qidalara diqqət etməyiniz mütləqdir.
Jelibonlar
Sadecə uşaqların deyil, böyüklərin də sevərək yediyi jelibonların tərkibi olduqca zərərlidir. Meyvə dadı və müxtəlif formaları ilə diqqəti cəlb edən jelibonlar süni qida maddələri və rəngləndiricilərdən ibarət qidalardandır. Çox istifadə olunan qırmızı boyanın neft məhsulu olduğunu artıq hamı bilir.
Bonibonlar
Təklikdə yeyilməklə yanaşı, şirniyyat və dondurmaların da içərisinə əlavə edilən bonibonlar rəngləri və dadları ilə hamının sevdiyi dadlar sırsına daxildir. Xərçəng xəstəliyinin yaranmasına səbəb olan bonibonlardan xüsusilə, böyümə dövründə olan uşaqlar uzaq olmalıdır.
Pendirli cipslər
Cipslərdə pendir istifadə edilmiş kimi bir rəng verən sarı rəngin mənbəyi neftdir. Allergik reaksiyalar və beyində şiş yaranmasına səbəb ola biləcək bu maddənin orqanizmə daxil olmaması sağlam bir həyat üçün həyati əhəmiyyət daşıyır.