“Üzdə həddindən artıq tüklənmənin səbəbləri

Üzdə həddindən artıq tüklənmənin səbəbləri

Qadınlarda üzdə yaranan həddindən artıq tüklənmə yumurtalıqlarda xəstəliyin əlaməti ola bilər. Belə bir vəziyyətdə mütləq dermatoloqa müraciət edilməlidir.
 
Tibbdə "Hirsutism" olaraq bilinən xəstəlik xüsusilə qadınlarda üz bölgəsində olan həddindən artıq tüklənmə özünə inam hissini aşağı salan, ciddi bir emosional stress mənbəyidir.
Hirsutizm əsasən hormonal problemlərin əlamətidir. Bunun səbəblərini araşdırmaq mütləqdir.
 
Üzdə həddindən artıq tüklənmənin səbəbləri nələrdir?
 
Həddindən artıq tüklənmə əslində problemin görünən tərəfidir. Buna şərait yaradan xəstəliyin olub olmadığı mütləq araşdırılmalıdır. Qadınlarda tüklənməyə səbəb olan ən mühüm amillərdən biri polikistik yumurtalıq sindromudur. Daha nadir rast gəlinən və hormon istehsalının artmasını təmin edən səbəblərdən biri böyrəküstü vəzində çox zaman irsi olan xəstəliklərdir. Bundan başqa, qalxanabənzər vəzin bəzi xəstəlikləri, hipofiz vəzi xəstəlikləri və ya kütlələr qadınlarda tüklənmə probleminə yol aça bilər.
Nadir hallarda heç bir səbəb olmadan da tüklənmə yarana bilər. Hər ehtimala qarşı bir mütəxəssis həkimə müraciət etmək lazımdır.
 
Polikistik yumurtalıq sindromu nədir?
 
Bir növ yumurtlama pozğunluğu olan polikistik yumurtalıq sindromu menstruasiya dövründə kişilik hormonlarının çox istehsal edilməsinə və nəticədə tüklənmənin yaranmasına səbəb olur. Bu xəstələrin diaqnozunda dermatoloqlar əsas rol oynayırlar. Çünki, həmin xəstələrdə əsasən həddindən artıq tüklənmə, sızanaq və ya androgenik alopesiya (kişi tipli saç seyrəlməsi), menstruasiya pozğunluğu və hormon səviyyələrində artım müşahidə olunur. Polikistik yumurtalıq sindromu diaqnozu qan testləri və yumurtalıqların menstruasiya dövründə ultrasəs müayinəsi ilə qoyulur.
 
Necə müalicə edilir?
 
Diaqnoz qoyulduqdan sonra dermatoloq, ginekoloq və endokrinoloq sizin vəziyyətinizi dəyərləndirərək birlikdə və ya ayrı-ayrı xəstəliyi müalicə edə bilər. Müalicə üzun müddətlidir və səbirli olmaq lazımdır. Nizamlı şəkildə hormon testləri və ultrasonografik müayinələr ilə izləmək lazımdır.
 
Hansı hissələrdə tüklənmə normaldır?
 
Normalda qadınlarda  üzdə, sinədə, qarında, kürəkdə, çənədə, çiyinlərdə, üst qarın hissəsində qalın, qara rəngli tük olmaz. Ancaq kişilik hormonları çox yüksək olan qadınlarda bu hissələrdə həddindən artıq tüklənmə müşahidə olunur. Bu səbəblərdən həddindən artıq tüklənmə əsasən hormonal pozğunluğun ilk və tək əlaməti ola bilər.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!