Çevrəmizdəki elektronik əşyaların çoxluğu statik elektriklə yüklənməyimizə səbəb olur. Bu elektriki atmaq üçün bir neçə üsul var.
Birisi ilə əllə görüşərkən, əyninizdəki paltarınızı çıxararkən elektriki hiss etmiş ola bilərsiniz. Bu elektriklənmə bir çox insanın başına gəlir. Bədəninizdə çoxlu elektrik yüklənməsi bəzən əsəbləri poza bilir. Əgər davamlı olaraq bu elektriklənməyə bənzər hallar yaşayırsınızsa, araşdırmamızı oxumağa davam edin.
Bədənimiz niyə elektriklənir?
Bir çoxumuz bədənimizin elektrik yüklənməsinin anormal olduğunu zənn edir. Ancaq doğrusu odur ki, əslində insan bədəni də elektrik sayəsində işləyir. Elektrikə ehtiyacı olan sadəcə evimizdəki televizor və ya soyuducu deyil. İnsan bədəni də funksiyalarını düzgün şəkildə həyata keçirə bilmək üçün elektrikə ehtiyac duyur. Beynimizdəki neyronların işləyə bilməsi üçün ən vacib şey elektrikdir. Elektrik axını yetərli olmasa, iflic ola bilərik. Ürəyimizin döyünməsindən bədənimizdə baş verən hər bir hüceyrəvi fəaliyyətə qədər hər şey elektrik sayəsində baş verir. Metal bir cismə toxunduqda, birisi ilə əl verib görüşdükdə, nəsə geyindikdə hiss etdiyimiz elektriklənmə isə bədənimizdəki artıq elektrikin çölə çıxma istəyidir.
Xüsusilə daim qapalı məkanlarda işləyənlərdə və elektronik cihazlar ilə iç-içə yaşayanlarda həm elektrik yükü artır, həm də bunu boşaltmaq çətinləşir. Üzərimizdəki artıq statik enerjini boşaltmaq üçün isə bir neçə üsul var. Bunlara aşağıdakıları misal göstərmək olar:
- Ən klassik və analardan eşitdiyimiz üsul torpaqla təmas etməkdir. Çılpaq ayaq ilə təmiz torpağa ayaq basmaq elektriki azaldır.
- Duş qəbul edin. Duş qəbul etmək də yenə torpağa basmaq kimi üzərimizdəki elektriki neytrallaşdırmağa kömək edəcək. Duş qəbul edə bilmədiyiniz yerlərdə isə əlinizi tez-tez yumaqla bundan xilas ola bilərsiniz.
- Mümkün qədər elektrikli cihazlardan uzaq gəzin.
- Anti-statik qolbaqlardan istifadə edə bilərsiniz.
- Dabanı rezin olan ayaqqabılar geyinin.
- Bədənin enerjisini nizamlayan meditasiyalar öyrənərək, bədəninizdəki elektrikə nəzarət etməyi sınayın. Neqativ ionlar yayan kondisioner və saç qurutma fenlərindən istifadə edin.