““Xərçəng sağaldılması ən sadə xəstəlikdir”

“Xərçəng sağaldılması ən sadə xəstəlikdir”

Xərçəngin sağaldıla bilən və sağaldılması çox sadə bir xəstəlik olduğunu açıqlayan Türkiyənin Gazi Universitetinin professoru Dr. İbrahim Uslu maraqlı müsahibə verib. O, edilməli olan tək şeyin sağlam hüceyrələri gücləndirəcək şeyləri yerinə yetirmək olduğunu bildirdi.

Normal hüceyrələrin oksigen ilə tənəffüs edərkən enerji əldə etdiklərini, xərçəng hüceyrələrinin isə tam əksi olaraq fermentasiya ilə oksigenli mühitdə enerji qazandıqlarını bildirən Prof. Dr. İbrahim Uslu sağlam həyatın ehtiyaclarını yerinə yetirərək, xərçəng və digər ölümcül xəstəliklərin qarşısının alına biləcəyini bildirdi.

Sağlam hüceyrələr ilə xərçəng hüceyrələrini hansı təsirlərin qidalandırdığını açıqlayan Prof. Dr. İbrahim Uslu bunları da vurğuladı:

“Siqaret çəkdiyiniz zaman tənəffüs etdiyiniz havadakı oksigenin bir qismi ilə tütünü yandırarkən yanma sonrası meydana çıxan karbondioksid qazını ciyərlərinizə, oradan da qan vasitəsilə hüceyrələrə göndərirsiniz. Bu, tam xərçəngli hüceyrələrin axtardığı bir mühitdir. Oksigen yerinə karbondioksid. Beləcə, xərçəngli hüceyrələr karbondioksid ilə fermentasiya reaksiyasını sürətləndirir. Əsla unutmayın. Siqaretin xərçəng yaradıcı təsiri tütündəki qatrandan deyil. Qandakı oksigenin yerini karbondioksidin almasındandır.”


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!