“Qazı bağladımmı, ütünü söndürdümmü, mən indi otaqda nə edəcəkdim?” Bu kimi sualları siz də tez-tez özünüzə verirsinizsə, bu 3 üsuldan istifadə edin.
Müşahidəçi olun
Bu gün günorta yeməyində yeməkləri servis edən qadının saçları nə rəng idi? Həyat yoldaşınız bu gün hansı gödəkçəsini geyindi? Yeni detallara diqqət etmək üçün vaxt ayırdıqda bu, zehninizin kəskin qalmasına kömək edəcək. Yolda gedərkən sağınıza, solunuza baxın. Daha əvvəl diqqət etmədiyiniz iş yerlərini və evləri görməyə çalışın. Müşahidəçi olmaq sizi daha əvvəl fərqində olmadığınız şeylərlə üzləşdirəcək. Heç ehtiyacınız olmayan informasiyalar olsa da, detalları izləmək və xatırlamaq sizin yaddaşınızı kəskinləşdirəcək.
Yüksək səslə yaddaşa atın
Qapını bağlamaq, dərmanınızı içmək, ütünü söndürmək kimi işləri həmişə unutmaq mümkündür. Çölə çıxdıqdan sonra evə qayıdıb bunları yoxlamaqdansa, vaxtında bütün işlərinizi özünüzə səsli şəkildə xatırladaraq yaddaşa ata bilərsiniz. “Bu gün dərmanımı içdim”, “İndi qapını bağlayıram” kimi xatırlatmalar işinizi asanlaşdıracaq.
Bəzən sizdə də olmurmu? Girdiyiniz otaqda nə edəcəyinizi unudursunuz və özünüzdən bu otağa niyə gəldiyinizi soruşursunuz. Bu zaman da yuxarıda qeyd etdiyimiz metoddan istifadə edə bilərsiniz.
Eyni anda birdən çox iş görməyi tərgidin
Bir əlinizlə yemək yeməyə çalışıb digər əlinizlə telefonla danışırsınız? Bəzən başqa şansımız yoxdur, o gün ərzində birdən çox işi, tapşırığı yerinə yetirməyə məcburuq. Amma eyni anda bir çox işi görməyin verimliliyi aşağı saldığı da bir həqiqətdir. Ən yaxşısı həyatınızda eyni anda görməli olduğunuz çoxlu tapşırığı azaltmağa çalışın.