Yeni geyimlərdə zərərli kimyəvi maddələr və mikroorqanizmlər var. Bu səbəbdən də onları geyinməzdən qabaq ən az bir dəfə yumaq vacibdir.
Mağazadan yeni aldığınız bir geyimi heç yumadan geyinirsinizsə, təəssüf ki, səhv etdiyinizi demək məcburiyyətindəyik. Bu, çox tez-tez təkrarlanan səhvdir, çünki yeni aldığınız geyimlərin parçaları çox təmiz və parlaq görünsə də, həqiqətlər düşündüyünüz kimi deyil. New York Universitetindən Mikrobiologiya mütəxəssisi Dr. Philip Tierno apardığı araşdırmalarla yeni geyimlər haqqında bəzi bilinməyən nüansları üzə çıxardı. Yeni geyimlərin üzərində boyalar və kimyəvi maddələr qalmış ola bilər və bunlar dəri xəstəliklərinə səbəb olur. Hətta inanmaq çətin olsa da, yumadan geyindiyiniz geyimlər vasitəsilə bit kimi kiçik həşəratlara məruz qala bilərsiniz. Əgər yeni geyimlərinizi yumadan geyinənlərdənsinizsə, bu məlumatlar fikrinizi dəyişdirə bilər.
Hamının geyinib yoxladığı geyimlər bakteriya mənbəyidir.
Dr. Tierno geyim mağazalarından aldığı şalvar, pencək, alt paltarı kimi geyimlərin üzərində apardığı testlərin nəticəsində parçalarda bakteriya, maya, dəri qalıqları və nəcisə rast gəldiyini bildirdi. Əslində xüsusən də çimərlik və alt paltarları bu mövzuda ən təhlükəli olanlardır. Tierno: “Bəzi geyimlər bir çox insan tərəfindən yoxlandığı üçün xüsusilə çox bakteriya və mikrobu özündə saxlayır. Gözlə görünmədiyi üçün fərqinə varmasanız da, istəmədən və olsa, bir başqa insana təmas edir.” - deyə açıqladı.
Yuyulmayan geyimlərdən hansı mikroblar yoluxur?
Bəs evə gətirib yumadan geyindiyiniz, bir çox insan tərəfindən daha əvvəl geyinilmiş paltarlardan hansı xəstəliklər keçir? Bu mövzu düşündüyünüzdən daha təhlükəlidir. Geyimlərdə olan bəzi qalıqlar vasitəsilə yoluxan mikrob və bakteriyalar bunlardır:
- İshal
- MRSA bakteriyası
- Salmonella
- Göbələk infeksiyaları
- Betta mikrobu
- Bit və qotur
Bu mikrobların heç biri yüngül qəbul ediləcək mikroblar deyil. Ancaq yaxşı xəbər ondan ibarətdir ki, immun sistemimiz bununla mübarizə aparacaq qədər güclüdür və kiçik miqdarda olan mikroblarla qismən mübarizə apara bilir.