Sağlam qidalanmaq və xərçəngə qarşı tədbir görmək üçün hər gün yeməli olduğumuz qidalar var. Uzun və sağlam bir həyat üçün qidalanma proqramınızda mütləq bu 5 qida olmalıdır!
Pomidor
Hər gün yeməli olduğumuz məhsulların başında pomidor gəlir. Mövsümündə bolluca qəbul edə biləcəyiniz pomidoru qışda da yayda hazırladığınız forması ilə süfrələrə qonaq edə bilərsiniz. İnfeksiyalara qarşı bədənin müqavimətini artıran, qüvvətli antioksidant olan pomidorun bilinən ən vacib faydaları isə bunlardır: qocalmanı yavaşladır, xolesterolu nizamlayır, qan təzyiqini salır, dərini qoruyur.
Qoz
Bol miqdarda Omega-3 ehtiva edən qozu hər gün asanlıqla yeyə bilərsiniz. İnfeksiyaların qarşısını alan xüsusiyyəti ilə xəstəliklərə qarşı yüksək qoruyuculuq təmin edən bu möcüzəvi məhsul uzun və sağlam həyatın sirlərindən biridir.
Kök
Kök yüksək miqdarda betta-karotenə malikdir. A vitamininin öncül maddəsi olan betta- karoten bədəndə toplana bilən və lazım gəldikdə istifadə olunan qiymətli bir maddədir.
Qırmızı bibər
Vacib antioksidant mənbələrindən biri olan qırmızı bibər eyni zamanda təbii ağrıkəsici xüsusiyyətə malikdir. Qanı təmizləyən, mədə xəstəliklərinə yaxşı təsir edən, enerji verən, xərçəngə qarşı qoruyan bu tərəvəzdən mütləq hər gün istifadə edin.
Sarımsaq
Bilinən bütün faydalarına baxmayaraq təbiətin bu kiçik möcüzəsini hələ də qoxusu səbəbindən süfrənizdən uzaq saxlayırsınızsa, fikrinizi dəyişməyinizi məsləhət görürük. Sarımsağın bədəni viruslardan, bakteriyalardan, parazitlərdən qoruyan, təmizləyən möhtəşəm bir məhsul olduğunu deyə bilərik.