Bütün dünyada ən çox istifadə edilən tərəvəzlərin başında gələn kartofun faydalarını bilirsinizmi? Bu yazımızda biz sizlər üçün kartofun bilinməyən faydalarını tapıb hazırlamışıq. Bunlar aşağıdakılardır:
- Qalxanabənzər vəzinin davamlı şəkildə işləməsinə kömək edir və bununla bağlı narahatçılıqları olan insanlar üçün xüsusilə tövsiyyə edilir.
- Tərkibində olan maqnezium sayəsində saç və dəri gözəlliyinə faydalıdır.
- B vitamini tərkibli kartof yorğunluğa yaxşı təsir edir və sinir sistemini rahatladır.
- Bol lifli olması ilə bağırsaq xərçənginə qarşı qoruyucudur.
- Həzm sistemini rahatladıb bağırsaqlardakı zərərli bakteriyaları təmizləyir.
- İshal, qəbizlik kimi bağırsaq xəstəliklərinin yaxşılaşmasına kömək edir.
- Qaynadılmış kartofu əl və ayaqlara maska kimi sürtüb saxlamaq dərini yumşaldır və çatlara xeyirlidir.
- Tərkibində yüksək miqdarda C vitamini vardır və bunun sayəsində həm yağ əritməyə, həm də immun sistemini gücləndirməyə şərait yaradır.
Kartof yeyərkən diqqət edilməsi lazım olanlar:
Kartofun faydalarının mənimsənilməsi üçün bişirmə üsulu çox əhəmiyyətlidir. Bunun görə də əgər kartofun xeyrini görmək istəyirsinizsə, onu yalnız sobada, buxarda və suda bişirməlisiniz. Qızartmasını isə nadir hallarda yeməlisiniz çünki bu sağlamlığa çox ziyandır. Kartof qan şəkərini tez qaldırdığı üçün diabet xəstələri bunu çox az istifadə etməlidirlər.