*Şirin kartofun görünüşü mədəaltı vəzinə oxşayır və şəkər xəstələrində qandakı şəkər səviyyəsini tarazlayır.
* Qoz balaca bir beyni xatırladır və beyin funksiyaları üçün faydalıdır.
* Lobya böyrək formasındadır və böyrəyin fəaliyyətini yaxşılaşdırır.
* Kərəvizin saplağı və Çin kələmi sümüklərə bənzəyir. Bu qidalar sümüklərə faydalıdır, sodium miqdarı 23%-dir. Əgər yediyiniz qidalarda kifayət qədər sodium yoxdursa, bu zaman bədən bunu sümüklərdən götürür və bu da sümükləri zəiflədir. Bunun üçün də bu tərəvəzlərdən çox istifadə etmək lazımdır.
* Badımcan, avokado və armud qadınların uşaqlığı formasında olub uşaqlığın və uşaqlıq boynunun sağlamlığına və fəaliyyətinin yaxşılaşmasına xeyirlidir. Araşdırmalar qadınların həftədə bir dəfə avokado yedikləri halda hormonları tənzimlədiyini, doğumdan sonrakı kilolarını azaltdığını və uşaqlıq boynu xərçənginin qarşısını aldığını göstərmişdir.
* Pomidor da ürək kimi dörd kameralıdır və qırmızı rəngdədir. Buna görə də pomidor ürək və qan üçün faydalıdır.
* Üzüm salxımı ürək şəklindədir və hər bir üzüm dənəsi qan hüceyrəsi kimi görünür. Araşdırmalar nəticəsində üzümün ürək və qan canlandırıcı bir qida olduğu sübut olunmuşdur.
* Zeytun yumurtalıqların sağlamlığına və fəaliyyətinə faydalıdır.
* Greyfrut, portağal və naringi kimi meyvələr qadının sinəsinə oxşayır və onun sağlamlığına və limfanın hərəkətinə kömək edir.
* Soğan bədəndəki hüceyrələr görünüşündədir və bu hüceyrələrdən tullantı maddələrin təmizlənməsinə kömək edir. Hətta gözlərin epitelyar qatlarını yuyan gözyaşlarına belə səbəb olur.