“Niyə özümüzü daim yorğun hiss edirik?

Niyə özümüzü daim yorğun hiss edirik?

Dəmir çatışmazlığı özümüzü yorğun və halsız hiss etməyimizə səbəb olur. Buna görə də dəmirlə zəngin olan qidaları mütləq qidalanma planımıza daxil etməliyik.

Qara ciyər, yağsız qırmızı ət, balıq və dəniz məhsulları, tünd yaşıl yarpaqlı bitkilər, quru ərik, qudurulmuş əncir kimi meyvələr yüksək miqdarda dəmir ehtiva etdiyi üçün ən yaxşı dəmir qaynaqlarından hesab olunurlar.

Çoxlu su için. Çünki yetərli miqdarda su içməmək halsızlığa səbəb olur. Gün ərzində enerji ehtiyaclarını qarşılamaq üçün qadınlar 8 stəkan, kişilər isə 10 stəkan su içməlidirlər. Yorğunluğun bir digər səbəbi isə şəkərdir. Şəkərlə əlaqəli halsızlıq zamanı bol miqdarda su içmək və şəkərdən uzaq durmaq lazımdır.

Lazımi miqdarda vitamin və minerallar qəbul edin. Özünüzü yorğun və halsız hiss etməyinizin səbəblərindən biri vitamin və mineral qəbul etməmək ola bilər. Sink, Kalium, Fosfor və bəzi B vitaminləri bədəninizin enerji artımında böyük rola malikdir.

Gecə gec saatlarda yemək yeməyin. Bu, sağlamlıq üçün çox zərərlidir. Ancaq günün yorğunluğu ilə, adətən, axşam yeməyimizi yeyə bilmirik. Gec yeyilən axşam yeməyi isə həzmsizliyə və bədənin yorulmasına səbəb olur. Əgər axşamlar yemək yemə vərdişinizdən əl çəkə bilmirsinizsə, vaxtınız olduğu zamanlar yüngül yeməklər hazırlayın və daha sonra bunları yeyin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar