“Baş ağrısını keçirən qidalar

Baş ağrısını keçirən qidalar

Acı ədviyyatlar

Ədviyyatlı qidalar baş ağrısını keçirməkdə faydalıdır. Xüsusilə sinüs bölgəsində tıxanıqlıqla əlaqəli bir ağrıdırsa, acı yeyərək bundan azad olun.

Küncüt

Salat və şorbalarınıza küncüt əlavə edin. Küncütün tərkibində yüksək miqdarda E vitamini var.

Tam taxıllı çörək

Əgər aşağı kalorili bir pəhriz saxlayırsınızsa, beynin enerji mənbəyi olan qlikogen qaynağını istifadə edirsiniz deməkdir. Bu isə beynə gedən enerjinin azalmasına və dehidrasiyaya şərait yaradır. Suyun azalması da başın ağrımasına səbəb olur. Buna görə də pəhriz saxlayarkən tam taxıllı un, yulaf kimi qidalar da yeyin.

Badam

Badamın tərkibindəki maqnezium damarların rahatlamasına və beləliklə də baş ağrısından azad olmağa kömək edir.

Qarpız

Susuzluq nəticəsində yaranan baş ağrıları üçün qarpız kimi su miqdarı yüksək olan qidalar çox faydalıdır.

Qatıq

Əgər başınızda döyünmə şəklində bir ağrı vardırsa, bədəninizin kalsiuma ehtiyacı var deməkdir. Bu zaman qatıq yeyərək beyin funksiyalarının yaxşı işləməsinə şərait yaratmış olarsınız.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!