- Depressiyadasınız? Halsızlıq, yorğunluq, baş ağrısı, iştahsızlıq ən çox rast gəlinən əlamətlərdir.
- Sonuncu dəfə nə vaxt lazımi müddətdə yatmısınız? Yetkin insanlar ortalama 7-8 saat yatmalıdırlar. Böyümə, inkişaf dövründəki uşaqlar isə 9-10 saatdan daha az yatmamalıdırlar. Yuxusuzluq bədənin yuxuda yenilənməsinin lazımi qədər həyata keçirilməməsinə səbəb olur.
- Lazımi miqdarda qidalanmırsınız? Az yeməyin nəticəsində yaranan enerji çatışmazlığı, qan şəkərinin aşağı olması insanı halsız edir. Gündə 3 dəfə yemək yeməyə diqqət edin.
- Qansızlıqla mübarizə aparırsınız? Menstruasiyanın çox olması bunun əsas səbəblərindən biridir. Bu da, dəmir çatışmazlığına səbəb olur. Dəmir qırmızı qan hüceyrələrinin quruluşunda iştirak edir. Toxumalara oksigen daşınmasını təmin edir.
- Həddindən çox kofein qəbul etdiyinizin fərqindəsiniz? Əsəbilik, ürək döyüntülərinin sürətinin artması, yüksək təzyiq. Həddindən artıq kofein qəbul edilməsi yorğunluğa səbəb olur. Kofein tərkibli içkilər, dərman, kofe və çayın həddindən artıq qəbul edilməsindən qaçın.
- Lazımi miqdarda su içirsinizmi?
- Hər hansı qidaya qarşı allergiyanız varmı? Allergiyaya səbəb olan qidaların müəyyən olunmasının yorğunluğa səbəb olacağını bilirdinizmi?
- Şəkər xəstəliyi. Yüksək qan şəkəri də halsızlığa səbəb ola bilər.
- Həddindən çox alkoqol qəbul edilməsi yuxuya getməyə və dərin yuxuya mane olduğu üçün yorğunluğa səbəb olur.
- Xroniki stress. Həddindən çox stress altında olmaq halsızlığa və yorğunluğa səbəb ola bilər.