“Damar tıxanıqlığına faydalı olan qidalar

Damar tıxanıqlığına faydalı olan qidalar

Damar tutulmasının bir çox səbəbləri vardır. Bunlar düzgün qidalanmamaq, yağlı yeməklər yemək və siqaret istifadə etməkdir. Bu yazımızda biz damar tutulmasının qarşısını alan və damarları təmizləyən bir neçə qidanı sizə təqdim edirik.

Yaşıl çay

Yaşıl çay, damarlara ziyan verən oksidativ stressi azaldır və damarları təmizləyir. Tərkibindəki antioksidantlar xolesterolu salır və bu sayədə də ürəyi qoruyur.

Darçın

Antioksidant deposu olan darçın, qandakı şəkəri aşağı salır və buna görə də damarlar üçün çox faydalıdır. Gündə 1 çay qaşığı darçının qandakı yağ miqdarını azaltdığı deyilir. 

Badam

E vitamini, həll oluna bilən lif, doymamış yağlar və antioksidant baxımından olduqca zəngin olan badam damarların ziyan görməsinin qarşısını alır.

Yulaf

Yulaf da xolesterolu aşağı salmaq və damarları təmizləmək baxımından olduqca faydalıdır. Buna görə də yeməklərinizdə yulaf istifadə etməyinizi tövsiyə edirik.

Zeytun yağı

Zeytunu bol olan ölkələrdə infarkt halları olduqca az müşahidə olunur. Tərkibindəki antioksidantlar sayəsində zeytun xərçəngin qarşısını alır və təzyiqi aşağı salır.

Brokoli

K vitamini və lif baxımından zəngin olan brokoli xolesterolu və təzyiqi aşağı salır. Həmçinin K vitamini damarlardakı kalsium səviyyəsini də tarazlayır.

Zərdəçal

Zərdəçal (sarıkök) damarların təmizlənməsində ən təsirli ədviyyatlardan biridir. Bundan əlavə damar sərtliyinin və yağların əmələ gəlməsin qarşısını alır.

Quşqonmaz

Quşqonmaz (mərəcüyüd) damarlardakı təzyiqi azaldır və bunun sayəsində də qan dövranını sürətləndirir. Bundan əlavə damar tutulması və iltihablanmasına da yaxşı təsir edir.

Nar

Tərkibində olan antioksidantlar sayəsində nar qanın dövranını sürətləndirir və damarların tıxanmasının qarşısını alır.

Bu qida dəyəri yüksək olan qidaları yeməklə damarlarınızı təmizləyə, onların tutulmasının qarşısını ala bilər və beləliklə də daha sağlam bir həyat yaşamış olarsınız.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!