“Doğru nəfəs alma qaydası

Doğru nəfəs alma qaydası

Normal nəfəs alarkən hava xüsusi bir güc, səs və ya şişirdilmiş bir hərəkət etmədən burundan alınır. Qısaca desək, fərqində olmadan edilir. Normal nəfəsin 4 əsas etabı var:

- Nəfəs alınır,

- Nəfəs verməzdən qabaq qısa bir müddət dayanılır,

- Nəfəs verilir,

- Yenidən nəfəs almazdan qabaq qısa müddət dayanılır.

Doğru nəfəs almağı öyrənmək

Yatanda dərin nəfəs alırıq. Bu səbəbdən doğru nəfəs almağı öyrənmək üçün bu üsuldan istifadə edəcəyik. Arxası üstə uzanıb gözlərinizi bağlayın, bütün bədəninizi rahatlaşdırıb yatdığınızı hesab edin və nəfəsinizi dərinləşdirin. Bu zaman ağzınız mütləq bağlı olmalıdır.

Düzgün və dərin nəfəs almağın faydaları bunlardır:

Bədəndəki qanın keyfiyyəti oksigen səviyyəsinin artması səbəbindən yüksəlir. Bu da toksinlərin atılmasına kömək edir.

Qidalar daha yaxşı sorulur və həzm olunur. Mədə kimi həzm sistemi orqanları daha çox oksigen alır və daha yaxşı işləyir.

Beyin, sinir mərkəzləri və sinirlər daxil olmaqla həzm sisteminin sağlamlığında düzəlmə təmin edilir. Bunun səbəbi artan oksigenin qəbulu ilə sinir sisteminin qidalanmasıdır. Bu da bədənin hər hissəsinə çatan sinir sistemindən bütün bədənə sağlamlığın yayılması deməkdir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!