“Qırmızı soğanın faydaları

Qırmızı soğanın faydaları

Hamımız soğanın sağlamlıq baxımından nə qədər faydalı olduğunu bilirik. Biz bu yazımızda bu faydaların nələr olduğundan və qırmızı soğanın hansı xəstəlik və problemlərə xeyri olduğundan bəhs etmişik.

Qırmızı soğan ilə süd qarışığı

Bu qarışığın bir çox xəstəliklərə faydalı təsiri var. Bunu hazırlamaq üçün soğanı doğrayıb südün içinə tökərək qaynadın. Bir az soyuduqdan sonra bu südü için, soğanları isə yeyin. Bu qarışığın aşağıdakı faydaları var:

  • Öd kisəsində daş yaranmasının qarşısını yüksək dərəcədə alır.
  • Təzyiqi aşağı salmağa kömək edir.
  • Mədə qanaması və qarın sancılarına qarşı çox təsirlidir.

Bundan başqa qırmızı soğanı təkcə yemək də bir çox problemlərin həllində mühüm rol oynayır. Bunlardan biri şəkər xəstəliyidir. Qırmızı soğan yemək şəkər xəstəliyi üçün olduqca faydalıdır.

Ayaq və əl dırnaqlarınız tez qırılırsa, qırmızı soğanın suyu ilə ovaraq onların möhkəmlənməsini təmin edə bilərsiniz.

Boğaz iltihabı, öskürək, bronxit və boğaz ağrılarının müalicəsində qırmızı soğan suyu və bal qarışığından istifadə etmək çox faydalıdır. Bunu gündə 3 yemək qaşığı yeməyiniz tövsiyə olunur.

Ayaqlarda, əllərdə, qarında və döşlərdə yaranan sişkinliyi aradan qaldırmaq üçün soğan suyunu içmək çox faydalı bir üsuldur. Gündə 3 dəfə yeməkdən qabaq 1 yemək qaşığı soğan suyu içməklə bu problemdən azad ola bilərsiniz.

Burun qanamasını dayandırmaq üçün də qırmızı soğandan istifadə etmək olar. Bunun üçün soğanı ortadan kəsin və yarısını burnun qabaq hissəsinə bağlayın.

Dərinizdə yaranan qabarları aradan qaldırmaqda da qırmızı soğan çox təsirli bir vasitədir. Qırmızı soğanı sirkənin içərisində qaynadın və sonra soğanları götürərək qabar olan hissəyə qoyub bağlayın. Bunu bir neçə dəfə təkrarladıqdan sonra fərqi aydın görəcəksiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!