Ən sevdiyiniz yeməkləri unutmaq məcburiyyətindəsiniz.
Belə bir məcburiyyətiniz yoxdur. Sevdiyiniz yeməkləri yemək üçün onların hazırlanma üsulunu dəyişdirmək, sevdiyiniz yeməklərlə birlikdə digər qidaların miqdarını azaltmağınız kifayətdir. Bu barədə diyetoloqunuzla məsləhətləşməyiniz vacibdir.
Şirniyyatdan uzaq durmalısınız.
Bu, yanlışdır. Miqdarını azaltmaqla arada özünüzü şirniyyatla mükafatlandıra bilərsiniz. Bundan əlavə, kəpəkli un, təzə meyvələr və bitki yağından istifadə edərək şirniyyat hazırlayıb onları qəbul edə bilərsiniz. Dondurma, tort, keks əvəzinə, meyvəli, yulaflı və kişmişli peçenyelərlə yoqurt yeyə bilərsiniz.
Süni dadlandırıcılar diabet xəstələri üçün təhlükəlidir.
Süni dadlandırıcılardan istifadədə miqdar çox əhəmiyyətlidir. Çünki süni dadlandırıcılar eyni miqdarda olan şəkərdən daha dadlıdır. Bu səbəbdən şəkərlə eyni dadı əldə etmək üçün daha az dadlandırıcıdan istifadə olunmalıdır. Satışda fərqli maddələrdən ibarət bir çox dadlandırıcıya rast gəlinir ki, diyetoloq hansı dadlandırıcının sizin üçün ən yaxşısı olduğunu qeyd edəcəkdir.
Xüsusi diabet yeməkləri yeməlisiniz.
Biabet xəstəsi üçün sağlam olan yeməklər ailə fərdləri üçün də yaxşı bir seçimdir. Buna görə də diabet xəstəsinə özəl yeməklər hazırlamağa ehtiyac yoxdur. Diabet xəstəsinin yeməli olduğu qidaları ailənizin qidası ilə qarşılaşdırın və yeməklərin kalorisini, karbohidrat, yağ və zülalların miqdarını diyetoloqla birlikdə müəyyən edərək ümumi yeməklər hazırlayın.
Pəhriz yeməkləri diabetlilər üçün ən yaxşı seçimdir.
Üzərində pəhriz və "light" yazılan yeməklərin və içkilərin şəkər xəstələri üçün daha yaxşı seçim olduğu doğru fikir deyildir. Yeməyin üzərindəkiləri diqqətlə oxuyub, kalori miqdarına diqqət etmək lazımdır.